main-post-cover

    Süni intellekt artıq Google-da axtarış nəticələrini cavablayacaq!

    Süni İntellekt
    23.04.2024
    Aslan Aslanov

         Google bir müddətdir ki, axtarış sistemini süni intellektə əsaslanan xüsusiyyətlərlə gücləndirmək üzərində işləyir. SGE (Search Generative Experience) adlı xüsusiyyət ilə şirkət istifadəçilərə axtarış sorğularına sürətli və aydın cavablar verən süni intellekt xülasələri təklif edəcək.

         Bu yaxınlarda şirkət, ABŞ-dakı sınaqlardan sonra süni intellekt xülasələrini Google Axtarış-ın müntəzəm nəticələrinə inteqrasiya etmək üçün qlobal miqyasda sınaqlara başlayıb. Bu yeni funksionallıq kiçik məlumat qutuları şəklində konkret şəxslər, yerlər və ya təşkilatlar haqqında verilən sualların cavablarını özündə ehtiva edir. Əlavə olaraq, bu AI xülasələrinin hazırda yalnız mobil proqramda göründüyü bildirilir. Hazırda sınaq mərhələsində olan bu xüsusiyyət Google-un axtarış sistemini daha istifadəçi dostu və daha sürətli etmək üçün göstərdiyi səylərin əksi kimi qiymətləndirilir.
         SEO mütəxəssisi Brodie Clark bildirir ki, o, VPN-dən istifadə etməklə həm öz ölkəsində, həm də Böyük Britaniya, ABŞ və Hindistan kimi ölkələrdə süni intellekt tərəfindən yaradılan cavabları alır. Google bu xüsusiyyəti təklif edərkən, uzun yükləmə müddətlərinin qarşısını almaq üçün cavabları əvvəlcədən hazırlayır və onları keşdə saxlayır. Buna görə də, süni intellekt xülasələri əlavə gözləmə vaxtı olmadan tez bir zamanda istifadəçilərə təqdim edə bilir. Bununla belə, bu xüsusiyyətə qarşı bəzi tənqidlər də mövcuddur. Belə ki, süni intellekt qutularındakı mənbələrdə çox vaxt yalnız ən populyar mənbələrin adları göstərilir (adətən Wikipedia). Digər az tanınan, lakin etibarlı mənbələr isə əlavə kliklər tələb edə bilir. Bundan əlavə, bu süni intellektə əsaslanan xülasələrdə “AI-Overviews are experimental” (Süni İntellekt Xülasələri Ekperimentaldır) ifadəsi kiçik və gözəgörünməz şəkildə göstərilir. Test mərhələsində olan bu xüsusiyyət üçün belə kiçik bir xəbərdarlıq istifadəçilərin eksperimental xüsusiyyətlərdən xəbərdar olmasını çətinləşdirə bilər.
         Google-un bu süni intellektlə dəstəklənən xüsusiyyətini qlobal miqyasda nə vaxt təqdim edəcəyi hələlik məlum deyil. Lakin bütün dünyada aparılan sınaqlar göstərir ki, süni intellekt informasiya qutuları tezliklə Google Axtarış-ın standart funksiyasına çevriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple özünün böyük dil modeli üzərində çalışır
    apple-ozunun-boyuk-dil-modeli-uzerinde-calisir
    Google Pixel 9 Pro-nun real fotoları təqdim edilib
    google-pixel-9-pro-nun-real-fotolari-teqdim-edilib
    Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!
    xiaomi-14-seriyasina-suni-intellekt-elave-edilecek
    Pixel Buds Pro 2 naqilsiz qulaqlığı sertifikatlaşdırmadan keçib
    pixel-buds-pro-2-naqilsiz-qulaqligi-sertifikatlasdirmadan-kecib
    Microsoft fotoları canalndıra bilən yeni süni zəka modelini təqdim edib
    microsoft-fotolari-canalndira-bilen-yeni-suni-zeka-modelini-teqdim-edib