main-post-cover

    Windows 11 faylların arxivləşdirilməsi funksiyasını əldə edəcək

    Proqram Təminatı
    30.04.2024
    Brilyant Rasulova
         Windows 11 artıq bir neçə növ arxivi açmaq imkanına sahibdir. Bununla yanaşı əməliyyat sistemi arxivlərin yaradılması imkanından məhrumdur. Lakin bu vəziyyət yaxın zamanda dəyişə bilər. Belə ki, insayderlərin vermiş olduqları məlumata əsasən Windows 11 iki məşhur arxivləşdirmə formatının dəstəyini əldə edəcək. Bununla da əməliyyat sistemi üçün nəzərdə tutulmuş ənənəvi arxivatorlar lazımsız hala gələcəklər.
         Məlumata əsasən .7z.TAR arxivləşdirmə formatlarının dəstəkləri yaxın zamanda Windows 11-in 22H2 23H2 versiyalarına əlavə ediləcək. Faylların qeyd edilmiş formatlarda arxivləşdirilməsi funksiyası əməliyyat sisteminin ənənəvi kontekst menyusuna əlavə ediləcək. Qeyd etmək lazımdır ki, sözügedəın funksiya artıq Windows 11-in 22635.3566 nömrəli beta versiyasında aktivdir. Bununla yanaşı istifadəçilər yeni funksiya çərçivəsində arxivləşdirmə ayarlarını da seçə biləcəklər. Buna misal olaraq arxivləşdirmə formatının, alqoritminin və faylın sıxılma səviyyəsinin seçilməsini gətirmək olar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Windows 11-in xaricini görünüşünü ayarlamağa imkan verən tətbiqlər Microsoft tərəfindən qadağan olunur
    windows-11-in-xaricini-gorunusunu-ayarlamaga-imkan-veren-tetbiqler-microsoft-terefinden-qadagan-olunur
    Windows 10 istifadəçilər arasında Windows 11-dən daha məşhur olmaqda davam edir
    windows-10-istifadeciler-arasinda-windows-11-den-daha-meshur-olmaqda-davam-edir
    Windows 11-in Start menyusunda interfeys dəyişikliyi gözlənilir
    windows-11-in-start-menyusunda-interfeys-deyisikliyi-gozlenilir
    Windows 11 dəstəyini daha 40 ədəd Intel prosessoru əldə edib
    windows-11-desteyini-daha-40-eded-intel-prosessoru-elde-edib
    Microsoft Windows 11-də Android tətbiqlər ilə oyunların dəstəklərini dayandıracaq
    microsoft-windows-11-de-android-tetbiqler-ile-oyunlarin-desteklerini-dayandiracaq