Anonymous qrupundan İŞİD 'ə daha bir zərbə!

Anonymous qrupundan İŞİD 'ə daha bir zərbə!

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Dünyaca məşhur, heç kəsin kimlikləri barədə kiçik məlumatı belə olmayan Anonymous qrupu İŞİD\'i dəstəkləyən saytlardan birini hacklayaraq, mesaj yerləşdirib. Onların dağıtdığı sayta daxil olduqda ekran əvvəlcə qaralmağa başlayır və ekrana "Daha çox İŞİD" kimi bir mesaj çıxır. Daha sonra mesajda bunlar yazılır: Diqqət! İŞİD sıralarında indi çox adam var. Xahiş edirik, bu linkə daxil olmaqla bizə yeni struktur yaratmağa kömək edin. Beləcə sizin sıralarınıza daha çox insan vermiş olacağıq. Saytın aşağısına endikdə "Daha çox İŞİD" adlı yazı qarşımıza çıxır və link kimi başqa səhifələrə bağlanır. Həmin linkə daxil olduqda sizi internetin ən qaranlıq dünyasına, bitcoinlərlə alış veriş edilən yerə, bir çox xaker qruplarının olduğu yerə - Deep Web\'ə aparır. Bu reklama tıklamağa başqa səbə isə online narkotik vasitələrin satışının təklif olunmasıdır. Bunların içində Prozac və Viagra da var.
Bu linkə tıkladıqdan sonra anlaşılır ki, əslində Anonymous qrupunun məqsədi onları tələyə salaraq yerlərini, kimliklərini, məlumatlarını aşkarlamaq və deşirfrə edərək zərbə vurmaqdır. Onları tələyə salmaq üçün bir çox səhifələrin qeyri-rəsmi versiyaları məhz Deep Web\'də yaradılıb. Bununla da böyük kütlənin kimliklərini ortaya çıxarmaq məqsədi güdülür.
Bəzi bloggerlərin verdiyi açıqlamalara görə, artıq İŞİD Deep Web\'ə üz tutmağa başlayıb. Çünki sıralarında olanların texnologiyadan az anlaması onları daim ələ verir. Amma Deep Web\'ə üz tutduqda, burada qrupların sayı və insanların kimlər olduqları qeyri müəyyən olduğu üçün daha asan hərəkət edə biləcəklər. İŞİD dəstəkçiləri burada anonim qalacaqlarına inanırlar.
Amma bu yerdə onu da qeyd edək ki, Anonymous onlara "müharibə" elan etmiş, harada olsalar belə onları tapıb məhv edəcəklərini söyləmişdi. Məhz bundan sonra qrup 1000-ə yaxın İŞİD\'çinin sosial şəbəkə hesablarını ələ keçirərək onların kimliyini açıqlamışdı. Görünür, İŞİD Anonymous qrupu ilə "kibermüharibə"yə girmək istəyir, amma bu qrup qarşısında uğurlu olacağı şübhə altındadır.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


YouTube-un mobil tətbiqetməsinə CANLI yayım etmə funksiyası gələcək.

Smartfonlarda artıq canlı yayım etmək dövrümüzdə dəb halını alıb. Periscope-un bu sahədə nə qə..


HTC, iki yeni smartfon istehsal edəcək.

Əvvəllər Google üçün Nexus 9 planşetini istehsal edən HTC, indi də yeni Nexus smartfonlarını is..


Ən bahalı 44 domen adı.

Sözün hər mənasında internet bizim gələcəyimizi inşa edir. Şirkətlər yarananda ilk əvvəl öz web..


Galaxy Note 7-nin EDGE olmayan versiyası SAMSUNG-un rəsmi saytında göründü...

Samsung-un Avqust ayında təqdim edəcəyi yeni Galaxy Note 7 üçün geriyə sayım başladı. İndiy..


PS4 Neo bu il satışa çıxarıla bilər

Sony-nin yeni 4K dəstəkli oyun konsolu olan PS4 Neo, E3 2016 tədbirində təqdim olunmasa da başqa mən..


Samsung Galaxy A9 Pro-nun beynəlxalq modeli tezliklə təqdim oluna bilər.

Samsung-un SM-A910F seriyalı Galaxy A9 Pro smartfonunun beynəlxalq model olduğu haqqında xəbə..

×