main-post-cover

    Apple WWDC 2016 tədbirində təqdim etdiyi yeniliklər barədə qısa xülasə

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Az öncə baş tutan WWDC 2016 Apple Keynote tədbirində yeni Watch OS, iOS 10 və MAC OS tanıdıldı.

    Tədbirin qısa xülasəsini yazmaqla yeniliklər barədə xəbərlərə start veririk. İlk yenilik Watch OS barədə idi. Belə ki, Apple şirkətinin ağıllı saatları yeni sistem ilə daha müasir görünüşə sahib olur. Yeni sistemdə yeni saat interfeysləri əlavə olunub. Bundan başqa saatla cihazlar arasında optimizasiya daha da yaxşılaşdırılıb. Proqramlar arası sürətli keçidlər təmin olunub.

    Digər yenilik isə Apple şirkətinin kompyuter sistemi OS X ilə bağlı oldu. Belə ki, sistem bundan sonra artıq MAC OS adı ilə fəaliyyət göstərəcək. MAC OS özü ilə bir çox yeniliklər gətirir. Həmin yeni xüsusiyyətlər belədir:
    Auto Unblock - yeni sistem sizi tanıya bilir və şifrəni bir neçə dəfə daxil etməyə ehtiyac qalmır.
    Universal Clipboard - artıq digər Apple cihazlarda hər hansısa məlumatı kopyaladıqda MAC cihazınızda mübadilə buferindən alıb müəyyən etdiyiniz yerə əlavə edə bilirsiniz. Yəni artıq digər vasitələrə ehtiyac qalmır.
    Apple Pay
    Picture-in-Picture - Kompyuterdə hər hansısa videoya baxdıqda, başqa işlərlə də məşğul olmaq istədikdə, video ekranını kiçildərək onu istədiyiniz yerə hərəkət etdirirsiniz. Beləliklə, başqa əməliyyat edərkən videoya da baxa bilirsiniz.
    Siri - Artıq Siri bundan sonra MAC OS`larda da mövcud olacaq və çox ağıllı zəkası ilə sizin bütün istəkləriniz və tələblərinizə cavab verəcək.

    Apple TV OS barədə də yeniliklər edib:
    Apple Remote Control
    Siri - Siri TV OS`da istədiyiniz bütün film və ya videoları, onlar haqqında çox məlumatınız olmasa belə tapa bilir.
    Single Sign On - bir dəfə qeydiyyatdan keçməklə bütün cihazlarda hesabınızı aktivləşdirə bilirsiniz.
    Dark Mode
    Customize Apps - Artıq iOS cihazınıza yüklədiyiniz media proqamlar TV OS`a da avtomatik yüklənəcək.
     
    Tədbirin maraqla gözlənilən hissəsi isə sözsüz ki, iOS 10 ilə bağlı olan hissə idi. iOS 10 bütün gözlənilənləri doğrultmasa da, özündə bir sıra yeniliklər gətirib. Belə ki,
    Raise to wake - Bu xüsusiyyət ilə telefonu əlinizə götürdükdə, telefonun avtomatik ekran işığı yanacaq.
    3D Touch in Lockscreen - artıq bu xüsiyyət kilid ekranında da aktivdir.
    Gallery new features - Fotolar bölməsinə yeni xüsusiyyət qazandırılıb. Artıq şəkilləri onların məkanına, insanların üzünə, növünə görə axtara biləcəksiniz. Bundan əlavə müəyyən xüsusi şəkillər sizə Memories olaraq xatırladılacaq. Bir növ Facebook Memories ilə eyni funksiyaya sahibdir deyə bilərik.

    Apple Music - İnterfeydə dəyişikliklər olunub. Bundan başqa yeni xüsusiyyətlər qazandırılıb. Artıq mahnıları onun adı, növü, albomuna görə sıralaya biləcəksiniz. Bundan əlavə mahnılarda mahnının sözləri də yer alacaq.
    iMessage - Ən böyük yenilik məhz burda olub. Belə ki, artıq iMessage`də mesajlara şəkillər, emojilər və proqrama məxsus yeni xüsusiyyətlərlə cavab verə biləcəksiniz. Bubble effects, Tap to replace və Full screen effects xüsusiyyətləri iMessage`i rəqiblərinə yaxınlaşdırır.
    HomeKit -  ağıllı ev sistemləri üçün nəzərdə tutulub. iPhone cihazınızla evinizi idarə edə biləcəksiniz.
     
    Yeniliklər barədə geniş məlumat almaq istəyirsinizsə, saytımızı izləməyə davam edin.
    Linki kopyala