

Məşhur porno saytı "Brazzers”in "Instagram” hesabı Cənubi Azərbaycanlı hacker tərəfindən ələ keçirildi və hacker ilk paylaşımında "Yaşasın Türk milləti” yazılmış mesaja yer verdi.
Məşhur sosial media hesablarının hack edilmə hadisələri gündəmi zəbt etməyə davam edir. Son vaxtlarda xüsusilə "Twitter" və "Instagram"da qarşımıza çıxan hack hadisələrində qurban adətən məşhur biri, biznesmen və ya siyasətçi olurdu. Ancaq bu dəfə hackerin hədəfi məşhur porno saytı "Brazzers”in Instagram hesabı oldu.
Hacker olmaq istəyənlər üçün ətraflı məlumat
Təxminən
1.9 milyon izləyicisi olan "Brazzers”in
Instagram hesabını hack edən Cənubi Azərbaycanlı hacker Saman Ağdami, niyə bu hesabı
hack etdiyi ilə bağlı məlumat verməyib. İlk paylaşımında "Yaşasın Türk milləti”
yazan hacker, sonrakı şəkildə, İran liqasında yer alan Azərbaycanın futbol
klubu "Traktor FK”nın azarkeşlərini paylaşmışdır. Bu paylaşımında isə etiketlərə
"#tractor #iran #azarbayjan#türkiye" mesajını qeyd etmişdir.
Bir müddət hackerin əlində qalan 1.9 milyon izləyicili böyük Instagram hesabının geri alınması üçün "Brazzers", yüksək izləyici sayını itirməyi gözə alaraq eyni istifadəçi adı ilə yeni bir "Instagram" hesabı açdı. Hazırda milyonlarda olan izləyici sayını toplamaq çox çətin olacaq.
Şərh yoxdur