main-post-cover

    Bu qədəri də yox! Dünyanın ən ucuz ağıllı telefonu. Cəmi 3.6$

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     
    İnternetdə dünən haqqında məlumatlar yayılan dünyanın ən ucuz telefonu olaraq göstərilən Freedom 251 təxminən 7$'lıq qiymətlə satışa çıxacağı gözlənilirdi. Bu gün Hindistanda təqdimatı baş tutan bu telefon bütün dünya ağıllı telefon bazarını sarsıdacaq qiymət təklif etdi. Gözlənilənlərin əksinə olaraq bu telefon 7 yox 3.5$'a təqdim olundu.
     

     
    Ringing Bells, Hindisatnın eləcə də bütün dünyanın ən ucuz ağıllı telefonunu hazırlamağı bacarıb. Bir gün əvvəl 7$'lıq bir qiymətə sahib olacağı söz söhbətləri medianın gündəmi olmuşdu. Lakin şirkət 7$'ı belə bahalı hesab edərək 3.6$'a bu ağıllı telefonu təqdim etdi. Dünən sadəcə bu telefonun 3G texnologiyasına sahib olacağı haqda məlumatımız var idisə, indi telefonun təqdim olunması ilə bərabər bütün texniki xüsusiyyətləri məlum oldu. Şirkət daha əvvəl 4G texnologiyasına sahib ən ucuz telefonu təqdim etmişdi. Smart 101 adlandırılan bu telefonun satış qiyməti isə 44 dollar idi.
     
    3.6$ deyincə ağıllarda yararsız, keyfiyyətsiz və texniki göstəriciləri aşağı olan bir telefon canlana bilər. Lakin sözü gedən telefon ucuz olmasına baxmayaraq beynəlxalq rəqabətdə rəqiblərinə uduzmur. Samsung'un orta seqment ağıllı telefonları ilə rahat rəqabət apara biləcək texnoloji göstəricilərə sahib olan bu telefon 1.3 ghz sürətə malik prosessora və 1 GB RAM-a sahibdir.
     
    Telefonda qadınların təhlükəsizliyi, balıqçılar və fermerlər üçün müəyyən əlavələr quraşdırılmışdır. Sabahdan etibarən freedom251.com saytında satışa çıxacaq bu telefonun parametrləri haqqında geniş məlumatı sizlərə təqdim edirik:

    • 4 inç böyüklüyündə ve qHD keyfiyyətində ekran
    • 1.3GHz sürətli çalışan 4 nüvəli prosessor
    • 1 GB RAM və 32 GB’a qədər artılan 8 GB daxili yaddaş
    • 3.2/0.3 MP keyfiyyətində arxa və ön kamera
    • 3G, WiFi 802.11 b/g/n, Bluetooth və GPS bağlantı dəstəkləri
    • 1450mAh gücündə batareya

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər