Facebook CEO`su Mark Zuckerberg`in hesabları ələ keçirildi
Sosial Media
07.05.2017
Farid Pardashunas
Facebook`un sahibi Mark Zuckerberg’in Twitter və Pinterest hesabları ələ keçirildi.
Bazar günü "OurMine" adlı qrup Mark Zuckerberg`in sosial media hesablarını ələ keçirməyi bacardı və onun hesablarından paylaşımlar edərək, Zuckerberg`in istifadə etdiyi şifrəni də qeyd etdilər. Onun rəsmi Twitter hesabını ələ keçirməzdən əvvəl Linkedin hesabını incələyən qrup lazım olan məlumatları ələ keçirdikdən sonra rəsmi hesabları qırmağa başlayıb. Rəsmi hesabları SHA1-password ilə qorunan Zuckerberg, görünür elə də yüksək təhlükəsizlikdən istifadə etmirmiş. Hackerlər onun Linkedin şifrəsinin "dadada" olduğunu açıqladılar və bu şifrəni digərlərində də istifadə etdiyini vurğuladılar.
Bununla yanaşı belə iddia olunur ki, həmin qrup Zuckerberg`in İnstagram hesabını da ələ keçirib. Amma bu məlumat hələki təsdiqlənməyib. Maraqlıdır ki, Zuckerberg`in Twitter hesabında 2012-ci ildən bu yana heç bir status yox idi Buna baxmayaraq, onun Twitter və Pinterest hesabları geri qaytarıldı və göndərilmiş paylaşımlar silindi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ