main-post-cover

    Facebook, Messenger-i ayrıca bir sosial şəbəkəyə çevirəcək funksiyanı aktiv etdi!

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Snapchat-a qarşı başlatdığı döyüşü bütün sürətiylə davam etdirən Facebook, yenə Snapchat-a bənzəyən bir tətbiq yeniləməsini bütün dünyada istifadə edilə biləcək hala gətirdi: Facebook Messenger Day!

    Facebook Messenger Day, bu gündən etibarən istifadə edilə biləcək . Bu günə qədər Polşa və Avstraliya kimi ölkələrdə test mərhələsində olan Messenger Day artıq bütün dünyanın istifadəsinə verildi.

    Messenger Day nədir?

    Messenger Day bu gündən etibarən Facebook Messenger tətbiqini yenilədiyiniz anda aktiv hala gələcək. Tətbiqə daxil olduğunuz zaman dəyişikliyi hiss etməməniz mümkün deyil.
    Çünki tətbiqin ən üst hissəsində artıq Snapchat, Instagram və hətta WhatsApp tətbiqlərində görməyə öyrəşdiyimiz hissəyə bənzər bir sahə açılmış olacaq.
    Bu hissədə gününüzün necə keçdiyi, nə yemək yediyiniz, ən gözəl anlarınızı və ya həyatınızdakı heç kimin maraq göstərməyəcəyi başqa bir detalı paylaşa bilərsiniz. Eyni şəkildə dostlarınızın paylaşımlarını da bu hissədə görə biləcəksiniz.

    Bu anlıq fotoşəkilləri istəsəniz dost siyahısında, istəsəniz də ümumi olaraq da paylaşa bilərsiniz. Ardından da 24 saat ərzində paylaşımlarınız aktiv halda qalacaq. Təxmin edə biləcəyiniz kimi 24 saat dolduqda paylaşdığınız şəkil də yox olacaq.
    Əslinə baxsanız bu tətbiqin xüsusilə Instagram üzərində çox daha təmiz bir keçid təmin etdiyini demək səhv olmaz. Gün ərzində yediklərini içdiklərini Instagram hesablarına əlavə etmək yerinə, hekayələr hissəsində paylaşan insanların lazımsız paylaşımlarını görmək məcburiyyətində qalmayacayıq.
    Son olaraq Facebookun Snapchat-a başlatdığı müharibənin hələlik son addımına ortaq olmaq istəyirsinizsə, Facebook Messenger tətbiqinizi yeniləməyi tövsiyə edirik.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər