main-post-cover

    Facebook hesabınızın oğurlanmaması üçün nə etməli? (6 üsul)

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas
    Sizə inandırıcı gəlməsə də həqiqətən facebook'da profilin oğurlanması mümkün bir haldır. Spam olaraq sizlərə göndərilən bəzi linklərə daxil olduqda öz profilinizi başqalarına rahatlıqla əmanət etmiş olursunuz. Sadə bir misal olaraq bir neçə gün əvvəl Azərbaycanın aparıcı yumor səhifələrinin adminlərinin profillərinin oğurlanmasını misal göstərmək olar. Belə bir vəziyyətdə profilinizin oğurlanmaması üçün nələri etmək lazımdır?

    İlkin olaraq sizə gələn viruslu spam linklərə daxil olmayın və facebook'un giriş hissəsindən başqa yerlərə parolunuzu yazmayın.
    1. Facebook'da təhlükəsiz profilə sahib olmaq üçün ilk vasitə güvənilir bir email adresinə sahib olmaqdır. Məsləhətdir ki, facebookda qeydiyyatdan keçən zaman google mail (gmail) hesabınızdan istifadə edəsiniz.
     
    2. Facebook'da alternativ email qeyd etmək mütləqdir. Bu eynilə sizin email ünvanınız üçün də keçərlidir. Alternativ email'lər vasitəsilə hesablarınız oğurlanan zaman onları bərpa etmək mümkün olur.
     
    3. Facebook'da profilinizin təhlükəsizliyini təmin etmək üçün hesabınızdan "settings" menusuna daxil olub "security" seçiminə klik edin. Açılan pəncərədə sizlərə müxtəlif növ təhlükəsizlik üsulları təqdim olunacaq. Buradan "Login Alerts" seçimi vasitəsilə bildirişləri aktiv edə bilərsiniz hansı ki, hər dəfə fərqli cihazlardan və internet browser'lərdən profilinizə giriş olarsa avtomatik sizin email'ə bildiriş gələcək.


    4. "Login Approvals" vasitəsilə telefon nömrənizi hesabınızın təhlükəsizliyi üçün istifadə edə bilərsiniz. Belə ki, naməlum internet browser'lərdən hesabınıza daxil olanda sizin nömrəyə təsdiq mesajı göndəriləcək və qeyd olunan kod vasitəsilə hesabınıza daxil olmaq mümkün olacaq.


     
    5. ''Code Generator'' - Facebook hesabının təhlükəsizliyi üçün ən ideal seçim olan code generator sizi ən təhlükəli xakerlərin hücümundan qoruya bilər. Belə ki, bu funksiyanı aktiv ed'n zaman sizin profilə uyğun kod tərtib olunur. Həmin kodu ağıllı telefonunuza yükləyəcəyiniz "code generate" tətbiqi ilə generate edirsiniz. Hər dəfə fərqli cihazlardan və tanınmayan ünvanlardan hesaba daxil olan zaman sizdən kod istəniləcək. Sizə lazım olan kod isə hər 30 saniyədən bir telefonunuza yüklədiyiniz "code generate" tətbiqində yenilənməkdə olacaq. Bundan əlavə facebook telefonunuzun yanınızda olmadığı vəziyyətləri nəzərə alaraq sizə 10 hazır kod təqdim edir.

    6. "Trusted Contacts" - inandığınız insanların profillərin qeyd eməklə hesab təhlükəsizliyinizi təmin etmək mümkündür. Əgər profilinizin oğurlanarsa həmin şəxslər vasitəsilə profilinizi bərpa edə bilərsiniz.

     
    Bütün bu qeyd olunanlardan ən az 2 vasitədən istifadə etmək məsləhətdir. 

    Daha çox faydalı məlumat üçün saytımızı izləyin və dostlarınızla bölüşün.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər