main-post-cover

    Galaxy Note 7 avtomobilin və qarajın yanmasına səbəb oldu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bu ayın əvvəlində "Samsung” şirkəti Galaxy Note 7 flaqman smartfonlarının geri çağırılması kampaniyasına start vermişdir. Belə ki, smartfonların batareyaları hər an partlamaq təhlükəsi ilə üz-üzədir.

    Məsələn bu həftə smartfon partlayaraq avstraliyalı vətəndaşa külli miqdarda maddi ziyan vermişdir. Bu dəfə isə smartfonun bu problemindən amerikalı vətəndaşlar da şikayət ediblər. Florida ştatı sakini Natan Dornaçeri bildirib ki, Galaxy Note 7-nin birdən-birə alışıb yanması nəticəsində onun Jeep markalı avtomobili yanaraq tamamilə yararsız hala düşüb. Natan artıq qeyd edib ki, avtomobil onun üçün nəinki vacib idi, həmçinin avtomobil müəyyən dərəcədə tuning olunmuşdu. "Technote.az"ın "Macdigger.ru"a istinadən verdiyi xəbərə əsasən "Samsung” artıq hadisə ilə bağlı araşdırma apararaq zərər çəkənə əlindən gələni edəcəyini söz verib.
    Bu hadisə yeganə olmayıb. Belə ki, Cənubi Karolina vətəndaşı Uvesli Hartzoq bildirib ki, Galaxy Note 7-nin alışması nəticəsində onun qarajı yanaraq kül olub. Onun qeyd etdiyinə görə, o smartfonu şarja qoyub və övladını məktəbdən götürmək üçün gedib. Qayıdanda isə Uvesli qarajının yandığını görüb. Xoşbəxtlikdən hadisə zamanı heç kim zərər çəkməyib. Qeyd edək ki, "Samsung” 2 Sentyabr tarixində cihazın 35 partlayış hadisəsi ilə bağlı şikayətlərdən sonra Galaxy Note 7-nin geri çağırılmasına qərar verib. Zərərin ödənilməsi üçün şirkət istənilən Galaxy Note 7-ni digər model smartfonla dəyişməyi təklif edir. Lakin bu kampaniya gələn həftə start götürəcək. Zərər çəkənlər isə bu kampaniyadan xəbərsiz olduqlarını bildriblər. Bununla yanaşı Avstraliyanın bir neçə aviaşirkəti təyyarələrdə Galaxy Note 7-dən istifadəni qadağan edib. Verilən məlumata əsasən cihazı təyyarəyə keçirtmək olar. Lakin onu şarj etmək və ya ondan istifadə etmək qəti qadağandır.

     
    Linki kopyala