Reklam
"Google"un 15 uğursuz layihəsi. Birinci hissə

"Google"un 15 uğursuz layihəsi. Birinci hissə

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Hətta ən böyük IT şirkətlərdə belə uğursuzluqlar baş verir. "Google” kimi bir şirkət istina deyil. Sizlərə şirkətin 15 uğursuz layihəsinin ilk hissəsini təqdim edirik.

Google Answer

Google Answer layihəsi 2002-ci ildə istifadəyə verilmişdir. Layihə, istifadəçilərin müxtəlif suallar və həmin suallara cavab vermələri üzərində qurulmuş sosial servis idi. Günümüzdə bu üsul ilə Mail.ruAsk.fm servisləri fəaliyyət göstərirlər. Lakin Google Answer uğur qazana bilmədi və 2006-cı ildə bağlandı.

Google
Lively

Bu layihənin əsas məqsədi istifadəçilərin ünsiyyət saxlamaları üçün virtual qrafik mühit yaratmaq idi. Layihə bir növ onlayn Simsidi. Google Lively 2008-ci ilin yay fəslində istifadəçilərə təqdim olundu. Lakin o qədər də məşhurluq qazana biləməyərək həmin ilin dekabr ayında bağlandı.


Google Glass

Tamamlanmış reallıq eynəkləri olan Google Glass-ı uğursuz hesab etmək olmaz. Lakin bununla belə onu həmçinin uğurlu layihə kimi də qəbul etmək düzgün deyil. İlk ideyalara görə bu innovasiyalı cihaz bütün dünyanı dəyişərək istifadəçinin virtual mühitlə əlaqə üsulunu yeniləməli idi. Görünür bu ideyaları reallaşdırmaq alınmadı. İstifadəçilər bu eynəkləri görüb təəccüblənirdilər. Lakin onları almağa heç kim tələsmirdi. Məhz buna görədə şirkət gözləntiləri biraz aşağı saldı. Hal-hazırda Google Glass biznes və istehsalat üçün nəzərdə tutulmuş bir cihazdır.

Google Buzz

Google Buzz, Gmail-ə inteqrasiya edilmiş sosial alət idi. Onun vasitəsilə istifadəçilər bir-birilərinə sürətli şəkildə foto, video və digər məlumatları göndərə bilirdirlər. Layihə 2010-cu ildə istifadəyə verilmişdi. 2011-ci ildə servisi bağlayaraq şirkət öz diqqətini Google+ sosial platformasına yönəltmişdi.

Google Play Edition

Google Play Edition (GPE) şirkətin "HTC”, "Samsung”, "Motorola”, "Sony” və "LG” kimi istehsalçılar ilə birgə hazırladığı məhdud sayda xüsusi cihaz idi. Cihazlar "Google”ın müxtəlif servisləri ilə çalışmaları üçün maksimal dərəcədə optimizasiya edilmişdi. GPE cihazlar yalnız ABŞ ərazisində çox məhdud sayda satılırdı. Böyük uğur qazanmaması nəticəsində 2015-ci ildə layihə bağlandı.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×