main-post-cover

    Çinlilər Opera-nı alırlar

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Çin şirkətləri olan Kunlun və Qihoo 360-ın konsorsiumu Opera Software şirkətinin bir hissəsini alacaq. 600 milyon dollarlıq müqavilənin 31 Oktyabr 2016-cı il tarixinə kimi bağlanacağı güman olunur. Müqavilənin Çin tərəfi Opera brendinin hüquqlarına sahib olacaq. Burda əsasən söhbət web və mobil brauzerlərdən, lisenziyalaşdırma və proqram təminatı üzrə texnologiyaların hazırlanmasından (Opera TV bura daxil deyil) söhbət gedir. Bundan əlavə olaraq Çin tərəfi 29.09% hissə sahibi olacaq. Opera Mediaworks, Opera Apps & Games və Opera TV kimi yerdə qalmış aktivlər tamamilə ayrı bir biznesə çevriləcək. Həmçinin sözügedən müqavilənin bağlanmasından sonra 18 ay müddətində Opera öz brendindən istifadə edə biləcək. İlk öncə güman olunurdu ki, Çin konsorsiumu Opera Software-in bütün aktivlərini 1.2 milyard dollara əldə etmək istəyir. Lakin həmin müqaviləyə nizamlayıcı orqanlar tərəfindən razılıq verilməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər