main-post-cover

    iPhone 7 İşlək halda görüntüləndi!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    iPhone 7 haqqında sızıntılara bugün yeni birisi daha əlavə oldu. iPhone 7 bu dəfə işlək vəziyyətdəykən ilk dəfə obyektivlərə tuş gəldi. Baxaq görək iPhone 7-nin dizaynını bəyənəcəksinizmi?

    Apple-in gələcək ay tanıdacağı iPhone 7 modeli haqqında, hər gün yeni bir sızıntı xəbəri gəlir. Bu sızıntı xəbərlərində iPhone 7 hər zaman sönülü halda olur. Bu dəfə ilk olaraq iPhone 7 işlək haldaykən obyektivlərə tuş gəldi.
    iPhone 7-in dizayn baxımından görkəmsiz olan bir kamera ilə gələcəyi xəbəri mətbuata yayıldıqda, böyük bir kütlənin münasibəti mənfi istiqamətdə olmuşdu. Apple dizaynı bu cür etməz dediyimiz bugünlərdə, yeni gələn sızıntı xəbəri bütün gözləntilərimizi alt-üst etdi.
     
    Yeni gələn iPhone 7 sızıntısında modeli işlək bir halda görürük. Ancaq hələ son versiya olmadığı və testlərin davam etdiyi üçün iPhone 7-nin üzərində iOS-un test versiyası qurulu haldadır. Tətbiq loqolarının və yuxarı hissənin görkəmsiz olmasının səbəbini, cihazda iOS-un test versiyasının olmasına bağladıq. 
     
    Dizayn baxımından isə bugünə qədər gələn sızıntıların düzgünlüyü bu şəkillər ilə bir dəfə daha təsdiqlənmiş oldu. Ancaq bunun bir prototip olduğunu, Apple-in son versiyada dəyişikliklər edə biləcəyini də vurğulayaq.
    Bəzi qurumlardan da aldığımız məlumatlara görə; iPhone 7-də dəqiq olaraq 3.5 mm qulaqcıq girişi mövcud olmayacaq. Səs çıxışı "Lightning" ilə reallaşdırılacaq. Aşağıdakı şəkillərdə də bu dəqiq bir formada görünür.
      

     

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər