main-post-cover

    iPhone\'da Error 53 xətasına diqqət!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    iPhone modellərini alan istifadəçilər, zəmanət bitdikdən sonra yüksək servis qiymətlərindən dolayı rəsmi servislərə müraciət əvəzində Apple'a aid olmayan servislərə müraciət edirlər.
     
    Bu tip servislər çox ucuz qiymətlərə iPhone istifadəçilərinə xidmət göstərirlər. Ancaq bu servislərlə bağlı böyük bir problem ortaya çıxıb. Barmaq izi oxuyucusunu dəyişdirən zaman diqqət edin!
    Touch ID sensorunun dəyişdirildiyi iPhone medellərində, Error 53 xətası ortaya cıxır və cihaz istifadə oluna bilmir. iTunes ilə geri yükləmə etməkdə fayda vermir.



    Mövzu haqqında açıqlama verən Apple, Touch ID sensorunun texniki dəyişiklər vasitəsilə şəxsi məlumatların əldə olunmasına qarşı bunu təhlükəsizlik səbəbindən etdiyini bildirir. Məsələn, telefonunuz oğurlanır və sizin məlumatları əldə etmək üçün barmaq izi sensoru dəyişdirilir. Lakin Apple istifadəçilərinin güvənliyini düşünərək bunu mümkünsüz edir. Sensor ilə iPhone versiyası uyğun gəlmədikdə Apple Pay daxil olmaqla digər barmaq izi ilə əldə olunan məlumatlardan yararlanmaq olmur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər