Nə üçün şəxsi saytınız olmalıdır? Və keyfiyyətli sayt üçün nələr lazımdır?

Nə üçün şəxsi saytınız olmalıdır? Və keyfiyyətli sayt üçün nələr lazımdır?

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Reklam qəbul edərək internetdən pul qazanmaq, daha da vacibi bu qazancı daimi hala gətirməyin ən yaxşı və ən az xərc tələb edən üsulu şəxsi sayt hazırlamaqdır, deyə bilərik. Bloq yazıları yazmaqla, yemək reseptləri paylaşmaqla və ya fotoqrafiya ilə bağlı biliklərini paylaşmaqla, hal-hazırda dünyada yüz minlərlə insan internetdən pul qazanır. Web saytı hazırlayarkən, sadəcə hosting xidməti domen adı almaq üçün pul ödəməlisiniz. Ödəyəcəyiniz bədəl, reklamlardan və ya sayt üzərində edəcəyiniz satışdan əldə edəcəyiniz gəlirin yanında çox cüzi bir bədəl sayılır.


Hosting Xidməti və Domen adı nə deməkdir?

Bir web saytı hazırlamaq istədiyinizdə, quracağınız saytda yer alan bütün məlumatlar hər hansısa bir mənbədə toplanmalıdır. Bu mənbəni təşkil edən firmaların verdiyi xidmətə hosting xidməti deyilir. Mənbə olaraq adlandırdığımız isə bildiyimiz kompüterlərdən çox daha böyük həcmə sahib olan və server olaraq adlandırılan kompüterlərdir. Hər hosting firmasının serverlərində yer ayırdıqları minlərlə, on minlərlə web saytı olur. Bu web saytlarında yer alan məlumatların saxlanması və bir istifadəçi web sayta daxil olduğunda orada yerləşən hər hansı bir məlumatın istifadəçilərə problemsiz şəkildə çatdırılması əməliyyatı hosting adlanır.

Domen isə web saytın adı deməkdir. Bir hosting xidmətini satın aldıqdan sonra hosting firmanız sizə domen adını da tədarük etmək təklifi edir. Ancaq domen adını almazdan əvvəl başqa biri tərəfindən istifadə edilib-edilmədiyi yoxlanılmalıdır. Əgər almaq istədiyiniz domen adı başqası tərəfindən daha əvvəl satın alınmayıbsa, hosting firması yazdığınız domen adını almağınıza icazə verir.

Hosting xidməti alarkən nələrə diqqət etməliyik?

Web saytı hazırlamağa qərar verdiniz. Sonrasında ediləcək ilk iş bir hosting xidməti satın almaq və bu hosting üzərindən domen adı almaq , yəni saytınızın adını seçməkdir. Hosting xidməti satın almazdan əvvəl bu məqamlara diqqət eding

1)Hosting firması, satın aldığınız hostingə neçə domen əlavə etməyinizə icazə verir?

2)Hosting aldığınız şirkətin serverləri harda yerləşir?

3)Nə qədər bandwidth təklif edir. Yəni istifadəçilərdən gələn trafik üçün gündəlik limit nə qədərdir?

4)Yaddaş sahələri nə qədərdir?

5)Dəstək sistemi varmı? Öyrənmək istədiyiniz bir mövzuda sual verdikdə, bir cavab ilə nə qədər müddətdə sizə geri qayıdırlar? Probleminizi həll etmək üçün lazımlı köməkliyi göstərirlərmi?

6)Ödənişlərinizin onlayn şəkildə reallaşdırılması sistemi mövcuddurmu?

Bütün bunları təşkil edən çox hosting firmaları var. Ancaq mənim istifadə etdiklərimin içərisində ən keyfiyyətli xidməti "SmartHost.az” firması verməkdədir.Hosting xidmətini bir dəfə satın alırsınız və sonrasında istədiyiniz qədər domen adını eyni hosting üzərindən ala bilir , yəni eyni hosting paketində limitsiz sayda sayt qura bilirsiniz.

Hal-hazırda minlərlə sayt hosting xidmətini "SmartHost”a həvalə edib və xidmətlərindən uzun müddətdir ki istifadə edirlər. 

Niyə Smarthostu təklif edirik? Üstünlükləri nələrdir?

Yuxarıda saydığım,hosting xidməti alarkən diqqət edilməsi vacib olan məqamların hamısı SmartHost firması sizə təklif edir. Ətraflı izah edim:

1. İlk maddədə qeyd etdiyim, eyni hosting üzərində neçə web saytı qura bilərsiniz? Cavabı: Paketdən asılı olaraq 2-5-10-20-40 və daha çox(limitsiz).

Smarthost-dan aldığınız hosting xidməti ilə təkrar bir hosting paketi satın almadan, eyni hosting daxilində daha artıq sayda domen adı ala bilər yəni daha çox web saytı qura bilərsiniz. Bu, xüsusilə müxtəlif bizneslərlə məşğul olanlar üçün mükəmməl bir xidmətdir. Digər bir çox şirkətlərdən bir domen adı almaq istəsəniz, yeni bir hosting xidməti almalı olursunuz. Və buda əlavə xərc deməkdir.

2. Bizə görə SmartHost-dan hosting almağın ən böyük üstünlüklərindən biri, hətta birincisi şirkətin serverlərinin Azərbaycanda yerləşməsidir. Əvvəlcədən web sayt işlədənlər varsa təsdiqləyə bilərlər ki, istifadəçilərin xaricdə yerləşən bir serverdə qurulmuş saytla əlaqə yaratması daha yaxın lokasiyadakı serverə nisbətən çox problemlidir. Bəzən server uzaqda yerləşdiyinə görə sayta daxil olmalarda problem yaşanır və istifadəçi itirilir.

3. SmartHost sizə limitsiz bandwith genişliyi təklif edir. Yəni saytınıza nə qədər istifadəçi gəlirsə gəlsin, sizdən əlavə bir bədəl tələb edilməz. Digər birçox firma, saytınızın ziyarətçi sayı artdıqca, saytınızın bağlanmaması üçün sizdən əlavə bir bədəl ödəyərək yeni bir server almanızı əks halda mövcud hosting xidməti yüksək ziyarətçi trafikini daşıya bilmədiyi üçün saytınızın ziyarətçilərə bağlanacağını bildirərlər (Şəxsi təcrübəmdə yaşamışam). Amma SmartHost-da belə bir şey yoxdur.

4. SmartHostda hər cibə uyğun hosting yaddaşı tapmaq mövcuddur. İstəsəz limitsiz hosting yaddaşına belə sahib ola bilərsiniz.

5. SmartHost vasitəsilə siz yerli zonalı domen adı ala bilərsiniz. SmartHost, AZ zonasında domenlərin qeydiyyatını aparan rəsmi akkreditə olunmuş şirkətdir.

6. SmartHost-dan peşəkar kömək ala bilərsiniz. Peşəkar kollektiv iş vaxtı ərzində sizə kömək etməkdən zövq duyur. Ən azından mənim müşahidə etdiyim budur və işini belə sevən komandası olan bir şirkəti həqiqətən uğurlu bir şirkət sayıram.

7. Ödənişlərinizi onlayn üsullarla həyata keçirə bilərsiniz və beləliklə sizin hər-hansı bir ofisə və ya xidmət mərkəzinə getməyinizə ehtiyac yoxdur.

8. Satın aldığınız Domen və hostinglərin konfiqurasiyasını birbaşa saytda redaktə edə bilərsiniz.

10. 99.9 faizlik, çox yüksək bir up-time qarantiyası verilir. Yəni saytınıza daxil olma sayı həddən artıq yüksək olduqda belə heç bir problem yaşanmayacaq.

SmartHost.az – Saytına daxil olmaq üçün klikləyin.


SmartHost hosting qiymətləri nə qədərdir?

SmartHost-dan hosting satın almaq istədiyinizdə aşağıdakı şəkildə gördüyünüz kimi sizə 6 fərqli alternativ təklif edilir. Şəkildə gördüyünüz ən uyğun hosting paketini seçmək sizə qalıb.

 


Reseller Tarifini satın almaqla daha çox və limitsiz xüsusiyyətlərdən istifadə edə bilərsiniz. Əlavə olaraq, istənilən hosting paketi üçün 1 illik ödəniş əvvəlcədən etsəniz, 10% endirim əldə edə bilərsiniz.

Bizdən bu qədər. Ümid edirəm sizlərdə bizim təcrübələrimizdən yararlana biləcəksiniz...

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×