main-post-cover

    "Nokia 3310" geri döndü! 30 gün batareya ömrü ilə!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     
    Barcelonada keçirilən Mobil Dünya Konqresi tam sürətlə davam edir. "LG" və "Huawei"dən sonra bu dəfə səhnədə illərin əfsanəsi "Nokia" öz yerini aldı. Yeni modelinin təqdimatını həyata keçirən şirkət izləyənləri şoka salacaq bir telefon təqdim etdi. Söhbət bütün zamanların ən məşhur telefonlarından biri olan "Nokia 3310"nun yenilənmiş versiyasından gedir. Bugünə qədər 126 milyon ədəd satılmış telefon, yenə bir batareya canavarı olaraq geri döndü. Sarı, yaşıl və mavi rəngləri ilə çox mükəmməl dizayna malik olan 3310-da əfsanə sayılan "Snake" oyunu da var.

    "Nokia 3310"un göstəriciləri aşağıdakı kimidir:


    • - Sistem: "Dual band 900/1800 MHz"
    • - Platforma: Nokia Series 30+
    • - Ölçülər: 115.6*51.0*12.8mm
    • - Çəki: 79.6 qram (batareya ilə)
    • - Ekran: 2.4’’ QVGA (240*320)
    • - İki mikro sim dəstəyi
    • - Bluetooth 3.0 
    • - Kamera: 2Mpxl + LED flash
    • - MicroSD dəstəyi ilə 32 GB
    • İlin ikinci yarısında satışa çıxacaq telefonun qiyməti sadəcə 52 dollar olacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər