main-post-cover

    Reallaşdırılmamış patentlər sayəsində iPhone hansı imkanlara sahib ola bilərdi?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Apple şirkəti bir çox ixtiralara görə böyük miqdarda patentlər əldə edir.

    Lakin həmin patentlərin çox hissəsi işıq üzü görməyərək şirkətin reallaşdırılmamış mirasına çevrilə bilər. Sözügedən patentlər internetdə mütəmadi olaraq paylaşılır və istifadəçiləri Apple şirkətinin cihazlarının bu patentlər sayəsində necə görünəcəkləri haqqında fikirlərə yönəldir.
    Virtual klaviatura
    2012-ci ildə Apple virtual klaviatura patentini əldə etmişdir. Patent yalnız sərt və düz səth üçün nəzərdə tutularaq iPhone tərəfindən klaviatura təsvirini əks etdirməyə yönəlmişdir. Daha sonra istifadəçi masa və ya digər uyğun səth üzərində mətni yaza bilər. Sensorlar isə həmin mətni smartfonun ekranına əks etdirməlidir. Bu cür klaviatura Facebook və Twitter kimi sosial şəbəkələrdən aktiv istifadə edən şəxslər üçün yaramır. Lakin böyük mətn yazmaq lazım gəldikdə bu üsul standart yazı qaydasını əvəz edə biləcək əla variantdır.
    iPhone üçün təhlükəsizlik yastığı
    İstifadəçi öz smartfonu ilə nə dərəcədə ehtiyyatlı davransa belə cihazın yerə düşməsi riskindən heç kim sığortalanmayıb. Baha başa gələcək təmiri və sınmış iPhone ekranın dəyişilməsinin qarşısını almaq üçün Apple ixtiraçıları maraqlı üsul fikirləşiblər. Belə ki, şirkət iPhone üçün nəzərdə tutulmuş təhlükəsizlik yastığı patentini əldə etmişdir. Həmin təhlükəsizlik yastığı smartfon hiroskopunun cihazın düşməsini təyin edəndən sonra işə düşmə prinsipi ilə çalışmalıdır. Patentə əsasən ekran və korpus arasındakı xüsusi təbəqə hiroskopun smartfonun düşmə anında verdiyi siqnala reaksiya verməklə şişərək smartfonun ciddi zərər görməsinin qarşısını alır.
    Gözdən itən ekran
    Apple-ın hazır məhsul kimi işıq üzü görməyəcək patentlərindən biri daxilində kamera, işıqlandırıcı, mikrofon və barmaq izi skanına sahib Home düyməsinin olacağı şəffaf ekrandır. Gözləmə rejimində iPhone-nun frontal paneli tam ekran kimi görünməlidir. Lakin lazım gəldikdə ekran şəffaflaşaraq onun daxilindəki mühüm elementlər görünə bilər.
    Holoqrafik proyektor
    Çox zazman fantastik filmlərdə gördüyümüz müxtəlif holoqram texnologiyalar ilk baxışdan göründüyü kimi heçdə fantastik deyillər. Apple şirkəti artıq neçə ildir ki, iPhone ekranın 3D holoqramları əks etdirmə patentinə sahibdir. Patentin təsvirində qeyd olunub ki, obyektlərin interaktiv üçölçülü əks olunma sistemi video-konfranslar zamanı söhbət yoldaşının təsviri əks etdirərək onun görüşdə iştirak etmə illüziyasını yaratmağa və digər məqsədlər üçün istifadədə əlverişlidir.
    Şoppinq üçün məsləhətçi tətbiqi
    Apple insanların rahat şəkildə və böyük məmnuniyyətlə şoppinq etməkdə onlara yardımçı ola biləcək məsləhətçi patentini əldə etmişdir. "Products+” adlı tətbiq patentinin təsvirində istifadəçi marketdə olarkən smartfonun məsulları skan edərək onlar haqqında vacib məlumatların təqdim edilməsi qeyd olunub. Bundan əlavə olaraq tətbiq bu və ya digər marketdə aktiv olan endirim və aksiyalar barəsində məlumatları da istifadəçiyə təqdim edə bilər.
    Bu siyahıda göstərilən nümunələr Apple-ın əldə etdiyi bütün patentlər deyil. Bəlkədə nə vaxtsa bu ixtiralardan hər-hansı biri iPhone modellərindən birində reallaşdırılsın. Bəs siz iPhone-da hansı yeni və maraqlı imkanları görmək istərdiniz?
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər