main-post-cover

    Samsung Galaxy A9 Pro gəlir!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Samsung'un böyük marağa səbəb olan A seriyasına daha bir model elavə olunur. Samsung A9 Pro haqqında detallı məlumatlar xəbərimizdə.
    Samsung'un keçən ay satışa çıxardığı A9 böyük kütlə tərəfindən bəyənildi. Özünəməxsus dizaynı və ucuz qiyməti ilə fərqlənən bu telefonlar metal gövdəyə sahib olduqları üçün böyük marağa səbəb olur. Samsung uğurlu A seriasına daha birini əlavə etmək niyyətindədir. Söhbət Samsung A9 Pro modelindən gedir.
    Samsung A9 modelində 6 düyümlük full hd keyfiyyətli ekrana yer verdiyi halda A9 Pro modelində daha keyfiyyətli ekran dəqiqliyindən istifadə etmək niyyətindədir. Ekran ölçüsündə isə böyük ehtimalla dəyişiklik edilməyəcək çünki, 6 düyüm ekran bir telefon üçün kifayət qədər böyükdür. Galaxy A9 (2016) modelində 4000 mAh böyük ölçülü batareyaya yer verən Samsung A9 Pro modelində daha böyük həcmli batareya ilə qarşımıza çıxa bilər.


    2016-ci ildə satışa çıxan Galaxy A9 modelini xüsusiyyətləri aşağıdakı kimidir:
    6 düyümlük full hd ekrana sahib olan Galaxy A9 gücünü 8 nüvəli Snapdragon 652 yonga dəstindən alır. Adreno 510 qrafik oynadıcıya sahib bu telefonda 3 GB RAM 4000 mAh batareya var. 13 MP arxa və 8 MP ön kameraya sahib olan telefonda LED flash və optic şəkil sabitləmə funksiyalarıda mövcuddur.
    Linki kopyala