main-post-cover

    Texnologiya şirkətlərinin etdiyi 1 aprel zarafatları

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    1 apreli boş keçirməyən texnologiya şirkətlərinin etdiyi zarafatları sizlər üçün bir yerə topladıq.

    Bu gün 1 aprel, yəni gülüş günüdür. İllərdir gülüş günü kimi qeyd olunan bu əyləncəli gündə insanlar bir-birləri ilə zarafat edib gülüş dolu bir gün keçirmək istəyirlər. Təbii ki, bu əyləncəyə texnologiya şirkətləri də qoşulur.

    Milyonlarla insanın maraqlandığı texnologiya şirkətləri, bu maraqdan 1 aprel günü zarafat etmək üçün çox yaxşı istifadə edirlər. Biz də Google , Razer, Lexus və YouTube kimi  bir çox şirkətin etdiyi 1 aprel zarafatını sizlər üçün bir yerə topladıq.

    Razer Tost maşını
     


    Kompüter hissələri hazırlayan Razer, çox insanın maraqlandığına əmin olsa tost maşını istehsal edəcəklərini xəbər verib.

    Zumba Roomba
     
    Texnologiya şirkətlərinin etdiyi 1 aprel zarafatları


    Təmizlik cihazları istehsal edən Roomba, iRobot'un mahnı oxudan və dans etmənizə kömək edən modelini istehsal edəcəklərini xəbər verib.

    Gmail Mic Drop
     
    Texnologiya şirkətlərinin etdiyi 1 aprel zarafatları


    Gmail'in tanıtdığı bu funksiya vasitəsilə kiməsə e-mail göndərəndə "Mic Drop" seçirsiniz və həmin adam göndərdiyiniz e-mailə cavab  verə bilmir.

    Zoosk Burrit-OH!
     
    Texnologiya şirkətlərinin etdiyi 1 aprel zarafatları


    Tanışlıq saytı olan Zoosk, "Burrit-OH" adlı alqoritmi istifadəyə verdiyini açıqlayıb. Bu alqoritm vasitəsilə yaxınlıqda olan və sizinlə eyni burrito seçimlərini edən insanları tapa bilərsiniz.

    Plastik Google Cardboard
     
    Texnologiya şirkətlərinin etdiyi 1 aprel zarafatları


    Google, Cardboard VR'ın plastik formasını istehsal edəcəyini xəbər verib. Belə bir şeyin adının "cardboard" olmağı gülməli olardı.

    Lexus V-LCRO
     


    Lexus, avtomobillərin oturacaqlarına velcro adı verilən maddə qoyacağını xəbər verib. Beləliklə sürücü ilə avtomobil arasında sıx əlaqə olacağını deyən şirkət, avtomobildən çıxmağın çox çətin olacağını bildirib.

    OpenTable Taste
     
    Texnologiya şirkətlərinin etdiyi 1 aprel zarafatları


    Bu zarafatda telefonunuzu "dil izinizlə" aça biləcəyiniz deyilib. İstehsal ediləcək yeni sistem, barmaq izi sensoru əvəzinə dil izi sensoruna malik olacaq və telefonunuzu yalayaraq açacaqsınız. Əla zarafatdır :)

    Binge On Up
     
    Texnologiya şirkətlərinin etdiyi 1 aprel zarafatları


    T-Mobile'ın etdiyi bu zarafat "Netflix və Hulu izləməyi sevirsiniz, amma çölə çıxmalı və sıxıcı biri tura qatılmalısınız ? Problem yoxdur, Binge On Up istifadə edin!" şüarı ilə təqdim edilib. Yəqin ki, sistemin nə qədər gülməli olduğunu siz də başa düşmüsünüz.

    SnoopaVision
     
    Texnologiya şirkətlərinin etdiyi 1 aprel zarafatları


    YouTube'un 1 aprel zarafatı olan SnoopaVision, hər videonu 360 dərəcə etmənizi və Snoop Dogg'la birlikdə izləmənizi mümkün edir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər