Zuckerberg Snapchatdan əl çəkmir – Hekayələr funksiyası indi də Facebook-un öz tətbiqində
Sosial Media
07.05.2017
Farid Pardashunas
Mark Zuckerberg-in sahibi olduğu Instagram, WhatsApp və Facebook Messenger-dən sonra mobil Facebook tətbiqinə də hekayələr xüsusiyyəti gəldi.
Facebook-un ciddi mənada gözünü dikdiyi Snapchat xüsusiyyətlərini
ilk olaraq Instagramda sınaqdan keçirdiyini bilirik. Instagramda kifayət qədər
bəyənildikdən sonra bu
funksiyanı WhatsApp-a belə gətirən Facebook, daha sonra Facebook Messenger-də də Messenger
Day adı ilə bu xüsusiyyəti təqdim etmişdi.
Görünüşə görə bu kifayət etmədiyi üçün, indi də
Facebook-un öz tətbiqinə hekayələr xüsusiyyəti əlavə edildi.
Hazırda sadəcə bəzi istifadəçilərdə aktiv olan bu
xüsusiyyət, qısa müddət ərzində iOS və Android istifadə edən hər Facebook
istifadəçilərində aktiv ediləcək.
Yuxarıda görə biləcəyiniz kimi Instagrama bənzər bir
formada sıralanan hekayələr, artıq Facebook tətbiqində də mövcud olacaq. Zənnimcə
Facebookda və Instagramda, hətta WhatsAppda da bu cür xüsusiyyətlər olduqda
kütlənin Snapchat-a ehtiyacının olmayacağı düşünülür.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)