Dropbox Linux üçün olan tətbiqdə XFS, ZFS, Btrfs və eCryptFS dəstəyini bərpa edib

23.07.2019 0 PAYLAŞIM 162 OXUNMA



    Dropbox şirkəti Dropbox bulud servisindən istifadə üçün nəzərdə tutulmuş desktop tətbiqinin yeni budağının (77.3.127) beta versiyasını təqdim edib. Linux üçün olan həmin desktop tətbiqə isə XFS, ZFS, Btrfs eCryptFS dəstəyi əlavə olunub. ZFS və XFS dəstəyi yalnzı 64 bit-lik sistemlərdə reallaşdırılacaq.

    Bununla yanşı yeni versiyada Smarter Smart Sync funksiyası vasitəsilə yaddaşda saxlanılmış məlumatların həcmlərinin əks olunması reallaşdırılıb və Ubuntu 19.04-də Open Dropbox Folder düyməsini yararsız hala gətirən boşluq aradan qaldırılıb. Qeyd etmək lazımdır ki, keçən il Dropbox Ext4-dən fərqlənən digər fayl sistemlərindən istifadə halında bulud servisi vasitəsilə faylların sinxronlaşdırılması dəstəyini dayandırmışdı. Səbəb kimi isə Xattrs atributları əlavələrində olan dəstək problemi gətirilmişdi.