Süni zəka alqoritmi məktəbdəki buraxılış imtahanı testindən keçməyi öyrənib
Digər
Code-News
15.09.2019
Emil Nəcəfov
Allen adına süni zəka institutunun tərtibatçıları hazırladıqları yeni alqoritmin işini sərgiləyiblər. Həmin alqoritm ABŞ-dakı məktəblərdə ümumi elmi biliklərin yoxlanılması üçün verilən buraxılış suallarının 80%-ni cavablandırmağı bacarır. Bununla belə mütəxəssislər qeyd ediblər ki, texnologiyaların təhsil alanlardan üstün olduqlarından danşmaq hələ tezdir. Bu barədə Vox.com saytı xəbər verib. Yaradılmış yeni süni zəka alqoritmi bütün testləri deyil yalnız müəyyən edilmişləri həll edir. Proqrama diaqramlar əlavə olunmayıb.
Lakin buna baxmayaraq müəyyən səviyyələrdə bu yeni süni zək alqoritmi əsl əlaçının sahib olduğu biliyi sərgiləyib. Hələ 2016-cı ildə heç bir süni zəka texnologiyası bu cür testlərdə 60% xal toplaya bilmirdi. İndi isə nəticə 80% təşkil edir. Süni zəka alqoritiminin performansının yüksəldilməsi üçün ona mətnin başa düşülməsi və mətnin emal olunması öyrədilib və həmçinin alqoritmin bilik bazası yenilənib. Lakin alimlər qeyd ediblər ki, texnologiyanın imkanları ilə buraxılış imtahanı vermiş şəxsin biliklərini müqayisə etmək düzgün deyil.
Linki kopyala
Həftənin xəbərləri
Süni zəkanın köməyilə yaradılmış dərman insanlar üzərində test edilir
TikTok-un ABŞ-da qadağan edilməsinə hədəflənmiş qanun rəsmi səviyyədə dəstəklənib