ABŞ Konqresi EA-nın 55 milyard dollarlıq satışına görə FTC-yə çağırış etdi
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, ABŞ Konqresinin bəzi üzvləri Electronic Arts şirkətinin 55 milyard dollarlıq satışına görə federal nəzarətin gücləndirilməsini tələb edirlər. Demokrat Konqres üzvlərindən ibarət Konqres Əmək Qrupu Federal Trade Commission-ə (FTC) məktub göndərərək, sövdələşmənin ətraflı şəkildə araşdırılmasını xahiş edib.
EA şirkəti sentyabr ayında Public Investment Fund, Silver Lake və Affinity Partners ilə satış razılaşmasını təsdiqləsə də, sövdələşmənin 2027-ci ilin birinci rübündə tamamlanması gözlənilir. Lakin mülkiyyət dəyişikliyi baş verməmişdən əvvəl Konqresin 46 demokrat üzvü bu prosesin mümkün mənfi təsirlərinə diqqət çəkir. Məktubda qeyd olunur ki, bu satış oyun sənayesində onsuz da qeyri-stabil olan vəziyyəti daha da ağırlaşdıra, kütləvi ixtisarların artmasına və EA-nın bazar üzərində dominant mövqeyinin güclənməsinə səbəb ola bilər. Konqres üzvləri FTC-dən xüsusilə əmək bazarına təsirlərin, maaşların müəyyənləşdirilməsi gücü, sövdələşmədən sonra işdən çıxarılma ehtimalları, əmək bazarında konsentrasiya və ortaq mülkiyyətin işçilərə təsiri dərindən araşdırılmasını istəyirlər.
Bu çağırış Communications Workers of America həmkarlar ittifaqı tərəfindən də dəstəklənib. Eyni zamanda United Video Games ittifaqının təşəbbüsü ilə başladılan petisiyada tənzimləyici qurumlar və seçilmiş rəsmilər bu sövdələşməni ciddi şəkildə yoxlamağa və iş yerlərinin, eləcə də yaradıcılıq azadlığının qorunmasını təmin etməyə çağırılır.
Paylaş