Logo
    main-post-cover

    Amazon oyun sektorundan geri çəkilməyə davam edir

    Digər
    25.02.2026
    Ilhama
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Amazon oyun sahəsində fəaliyyətini azaltmaq istiqamətində növbəti addımı atıb. Şirkət 2024-cü ildə elan etdiyi nəşriyyat müqaviləsini dayandıraraq, yeni açıq dünya yarış oyununun yayımından imtina edib. Layihə keçmiş Forza tərtibatçılarının yaratdığı Maverick Games studiyasına məxsusdur.
    Teaser art for a deal between Amazon and Maverick Games.
        Beləliklə, studiyanın hələlik adı açıqlanmayan debüt oyunu yeni nəşriyyatçı axtarışına çıxıb. Bu qərar Amazon-un son illərdə oyun bazarında möhkəmlənmək cəhdlərinin uğursuzluqla nəticələnməsindən sonra atılan növbəti geri addım kimi qiymətləndirilir. Şirkət ötən il həyata keçirdiyi kütləvi ixtisarlar çərçivəsində MMO janrından uzaqlaşacağını və əsas diqqəti parti tipli oyunlara və özünün bulud əsaslı oyun xidməti olan Amazon Luna platformasına yönəldəcəyini açıqlamışdı.
        Bu dəyişikliklər çərçivəsində Amazon bir neçə layihədən imtina edib:
    • Multiplayer oyunu March of Giants Ubisoft-a ötürülüb
    • Party janrında olan King of Meat tamamilə bağlanıb
    • Şirkətin oyun bölməsinin rəhbəri olmuş Christoph Hartmann bu ilin əvvəlində vəzifəsindən ayrılıb.
    Paylaş