Logo
    Apple, FİFA ilə milyard dollarlıq müqavilə imzalamaq üzrədir!

    Apple, FİFA ilə milyard dollarlıq müqavilə imzalamaq üzrədir!

    Digər
    23.04.2024

         The New York Times qəzetinin yazdığına görə, Apple FİFA ilə eksklüziv televiziya müqaviləsi imzalamaq üzrədir. Apple-ın öz platformasında Dünya Kuboku tipli bir turnir yayımlamağı düşündüyü deyilir.

         Apple ilə FİFA arasında razılaşmanın yaxın vaxtlarda rəsmi olaraq açıqlanacağı gözlənilir. İlk turnir gələn ilin yayında Amerikada baş tutacaq. Apple-ın yayım hüququ üçün təxminən 1 milyard dollar ödəyəcəyi deyilir. Razılaşma reallaşarsa, 2026-cı ildə ABŞ-da kişilər arasında 48 komandanın iştirak edəcəyi Dünya Çempionatını təşkil edəcək FİFA, ilk dəfə dünya miqyasında tək bir müqavilə üzərində razılaşmış olacaq. Bütün bu turnirin isə "Apple TV+" abunəçiləri üçün açıq olacağı gözlənilir.
         Məlumdur ki, Apple "Major League Soccer"in qlobal yayım hüquqlarını saxlamaq üçün artıq 2,5 milyard dollar xərcləyib. Bunun sayəsində MLS və Liqa Kuboku matçları "Apple TV+" vasitəsilə yayımlanır. Abunə olmayanlar üçün giriş haqqı ayda 14.99$ və ya mövsüm üçün 99$ təşkil edir. "Apple TV+"a abunə olanlar üçün isə ayda 12,99$ və ya mövsüm üçün 79$-a başa gəlir. Apple, "Apple TV+" abunəçilərinin sayını artırmaq üçün idman oyunlarına xüsusi diqqət yetirir. Qeyd etmək lazımdır ki, Apple-ın MLS ilə müqaviləsindən başqa, "Major League Baseball" ilə də müqaviləsi var.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...