Avstraliyadakı bir laboratoriyadan 323 flakon ölümcül virus yoxa çıxıb!
Digər
12.12.2024
Farid Pardashunas
Avstraliyada yerləşən bir laboratoriyada son dərəcə ciddi biotəhlükəsizlik qalmaqalı baş verib. Laboratoriyada ölümcül virus nümunələri olan 323 flakonun itkin düşdüyü ortaya çıxıb.
Avstraliyanın Queensland ştatında yerləşən bu laboratoriyada 2021-ci ildə baş verən, lakin yalnız 2023-cü ilin avqustunda aşkar edilən bu ciddi biotəhlükəsizlik insidenti ilə bağlı Queensland Səhiyyə Nazirliyi genişmiqyaslı araşdırma başlatdığını açıqlayıb. Yoxa çıxan nümunələr arasında müxtəlif klinik xüsusiyyətlərə malik viruslar olduğu bildirilir. Təxminən 100 flakonda insanlara atlardan keçən və 57% ölüm nisbətinə malik Hendra virusu olub. Bundan əlavə, quduzluğa bənzəyən və yüksək ölüm nisbətinə sahib olan 223 Lyssavirus və 2 Hantavirus nümunəsi də itkin düşüb.
Hadisə laboratoriyada nümunələrin saxlanıldığı dondurucunun sıradan çıxması səbəbindən baş verib. Flakonlar yeni dondurucuya köçürülərkən düzgün qeydiyyat aparılmadığı bildirilir. Queensland-in Səhiyyə Naziri Tim Nicholls baş verənləri “ciddi biotəhlükəsizlik protokolu pozuntusu” kimi qiymətləndirib. Rəsmilər hadisədə qəsdən təxribat və ya bioloji silah istehsalı məqsədinin olmadığını düşünür. Daha çox flakonların köçürülmə zamanı itməsi ehtimalı nəzərdən keçirilir. Eyni zamanda mütəxəssislər laboratoriya şəraiti xaricində virus nümunələrinin tez bir zamanda pozulacağını və yoluxma qabiliyyətini itirəcəyini vurğulayırlar.
İtkin virusların ictimai sağlamlıq üçün təhlükə yaratmadığı bildirilsə də, belə hadisələr araşdırma laboratoriyalarında biotəhlükəsizlik protokollarına ciddi şəkildə əməl etməyin vacibliyini bir daha göstərir. Queensland Səhiyyə Nazirliyi, işçilərinə əlavə təlimlər keçərək və təhlükəli maddələr üzrə sistemləri yenidən nəzərdən keçirərək biotəhlükəsizliyi artırmağa çalışır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Zəngləri hakerlərə yönləndirən yeni Android virusu aşkar edilib!
Zəngləri hakerlərə yönləndirən yeni Android virusu aşkar edilib!
İlk dəfə 2022-ci ildə Kaspersky hesabatlarında üzə çıxan FakeCall adlı virus, ələ keçirdiyi telefondakı bütün zəngləri hakerlərə yönləndirə bilir. Vişinq adlanan bu üsul vasitəsilə telefon istifadəçisi bank kimi vacib bir yerə zəng etmək istəyəndə, hakerlər onu aldada bilirlər.
Android smartfonlarda bank hesablarını hədəf alan virus aşkar edilib!
Android smartfonlarda bank hesablarını hədəf alan virus aşkar edilib!
Android istifadəçilərini təhdid edən yeni bir troya atı aşkar edilib. Bu troya atı, istifadəçilərin bank hesablarına giriş əldə etmək üçün istifadə olunur. Ancaq qorunmaq o qədər də çətin deyil.
Süni intellekt vasitəsilə təxminən 162 min yeni virus növü kəşf edilib!
Süni intellekt vasitəsilə təxminən 162 min yeni virus növü kəşf edilib!
Yeni virus növlərinin kəşfi gizli virus dünyasına işıq salır. Avstraliyalı və Çinli elm adamlarının birgə işi nəticəsində, süni intellekt texnologiyası vasitəsilə 161.979 yeni RNT virus növü kəşf edilib.
Milyonlarla Android TV cihazında virus aşkar edilib!
Milyonlarla Android TV cihazında virus aşkar edilib!
Android TV istifadəçiləri üçün ciddi bir təhlükəsizlik təhdidi ortaya çıxıb. Antivirüs proqramı inkişaf etdiricilərinin hesabatına görə, "Android.Vo1d" adlı zərərli proqram sürətlə dünya üzrə yayılır.
Alimlər, buzlaqlarda donmuş qədim viruslar aşkar ediblər!
Alimlər, buzlaqlarda donmuş qədim viruslar aşkar ediblər!
Tibet-dəki buzlaqları tədqiq edən alimlər, qədim zamanlardan bəri donmuş virusların mövcudluğunu aşkar ediblər.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!