Azərbaycanda kriptovalyutalarla bağlı qanun bu ilin sonuna qədər qəbul oluna bilər
Azərbaycan Mərkəzi Bankı virtual aktivlər və kripto bazarları ilə bağlı qanunun bu ilin sonuna qədər qəbul ediləcəyini gözləyir. Bu barədə AMB-nin Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi məlumat verib.
Technote.az xəbər verir ki, AMB qanun layihəsinin son variantını hazırlayaraq aidiyyəti dövlət qurumlarına təqdim edib. Qurum ümid edir ki, hər şey plan üzrə gedərsə, sənəd ilin sonuna qədər təsdiqlənəcək.
Fidan Tofidinin sözlərinə görə, virtual aktivlər və kripto bazarları indiyədək Azərbaycanda tənzimlənməyən sahələrdən biri olub. O qeyd edib ki, bu istiqamət həm Azərbaycan, həm də dünya üçün nisbətən yenidir.
AMB bildirib ki, kriptovalyutalar və virtual aktivlərlə bağlı hüquqi çərçivənin formalaşdırılması istiqamətində işlər intensiv şəkildə davam etdirilir. Qurum bu sahədə görülən işləri mühüm nailiyyət kimi qiymətləndirir.
Paylaş