Logo
    main-post-cover

    "Baku Flames Yaradıcılıq və Effektivlik Festivalı Yeni Konseptini Açıqladı: "Human After All"

    Digər
    22.12.2025
    Sevinc
        Region üçün mühüm bir yenilik olan "Baku Flames Beynəlxalq Yaradıcılıq vəEffektivlik Festivalı" 15-16 may tarixlərində baş tutacaq. Səbirsizliklə gözlənilən 2026-cı il buraxılışının konsepti isə artıq rəsmi olaraq elan edib. Belə ki, festival bu il "Human After All" şüarı ilə yaradıcı sənayeninən aktual müzakirəsinə - süni intellekt dövründə insanlığın dəyərinə diqqət çəkməyə çalışacaq. Festival bəyan edir ki, maşınların rəsm çəkə, yaza və proqnoz verə bildiyi bir dövrdə yaşasaq da, onların edə bilmədiyi tək bir şey var: hiss etmək. Süni intellekt alətlərinin məzmun istehsalını yenidən formalaşdırdığı bir vaxtda "Baku Flames" diqqəti yenidən yaradıcı şəxslərin özlərinə yönəltməyi, yaradıcılığı gerçək edən "qüsurları"—intuisiyamızı, empatiyamızı və datadan kənar xəyal qurmaq bacarığımızın dəyərini vurğulamaq istəyir.
        Festivalın builki mesajı da sadə, lakin təsirlidir: "Maşınlar hərzaman öyrənə bilər, lakin yalnız insanlar hiss edə bilir". Bu missiyanı həyata keçirmək üçün iştirakçıları Empathy over Algorithms" və"Machines Learn, HumansFeel" kimi mövzuları əhatə edən çıxışlar və panellərlə dolu bir proqram gözləyir. Festival regionun bütün ölkələrindən agentlikləri, brendləri və texnologiya liderlərini yaradıcı işi təsirli edən insan toxunuşunu itirmədən texnologiyadan necə istifadə etməyi müzakirə etmək üçün Bakıya dəvət edir! Qeyd etmək lazımdır ki, festivalın yeni mövsümünün yol xəritəsi də açıqlanıb:
        12 Yanvar (Qəbulun başlaması)➝Fevral (Münsiflər və Spikerlərin elanı)➝11 Aprel ("Young Lions Azerbaijan" müraciətlərinin son günü)➝10 Aprel (Müsabiqəyə qəbulun bitməsi)➝12 May (“shortlist”in elanı)➝14 May (Pre-party)➝15–16 May (FESTIVAL) Ətraflı proqram və yeniliklərlə tanış olmaq üçün rəsmi veb-sayta keçid edə bilərsiniz.
    Paylaş