
Birbank-ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışmasının final mərhələsi uğurla baş çatdı
Digər
11.04.2025
Emil
Maliyyə xidmətləri ilə yanaşı gənclərin bilik və bacarıqlarının inkişafına yönələn layihələrlə gündəmə gələn Birbank hazırlıqlı, bilikli mütəxəssislərin əmək bazarına qazandırılmasına da töhfə verir. Bu istiqamətdə dəstək göstərilən layihələrdən biri də Azərbaycan Biznes Keys yarışmasıdır. Gənclərə biznes dünyasında rəqabətqabiliyyətli olmaları üçün real təcrübə qazandıran layihənin final mərhələsi yekunlaşdı. Layihə ABŞ Təhsilli Azərbaycanlı Məzunlar İctimai Birliyi tərəfindən, Birbank-ın da dəstəyi ilə həyata keçirilib.
Layihənin final mərhələsi ADA Universitetində baş tutub. Tədbirin açılışında İctimai birliyin İdarə Heyətinin sədri Nəzrin Quliyeva çıxış edərək layihənin məqsədi və gənclərə təqdim etdiyi imkanlar barədə məlumat verib. Kapital Bank-ın direktor müavini Şakir Məmmədyarov isə öz çıxışında bankın gənclərin şəxsi və peşəkar inkişafına yönəlmiş fəaliyyətindən danışıb. “Bu yarışma tələbələrə nəzəri biliklərini praktikaya çevirmək fürsəti verir. Universitetdə öyrənilən iqtisadi modellər, idarəetmə strategiyaları və analiz metodları burada canlı şəkildə tətbiq olunur. Tələbələr artıq təkcə nəzəriyyə ilə kifayətlənmir, real biznes problemləri üzərində düşünür, qərar verir və bu qərarların nəticələrini analiz edirlər. Eyni zamanda bu yarışma tələbələrin özünü ifadə bacarığını, təqdimat qabiliyyətini inkişaf etdirir. Biz isə ölkənin ən böyük işəgötürən şirkətlərindən biri olaraq peşəkar, bacarıqlı və hazırlıqlı gənclərin iş dünyasına qatılmasının tərəfindəyik. Elə buna görə də bu kimi layihələrə dəstək olur, gənclərin yanında yer alırıq”.

Daha sonra final mərhəsinə vəsiqə qazanmış dörd komanda təqdim olunan tapşırıqlar üzərində hazırladıqları biznes həllərini münsiflər heyətinə və tədbir iştirakçılarına təqdim edib. Komandalar real biznes problemlərinə analitik və strateji yanaşma göstərərək innovativ təklifləri ilə seçiliblər.
Münsiflərin qiymətləndirməsinin ardından yarışmanın qalibləri bəlli olub. 3-cü yerə və 2000 AZN pul mükafatına Azərbaycan Dövlət İqtisad Universitetini təmsil edən “Team 14” sahib olub. Universitetin daha bir təmsilçisi “Team 20” isə yarışmanın 2-cisi adına və 4000 AZN pul mükafatına sahib olub. Gərgin mübarizənin qalibi adını və 8000 AZN pul mükafatını isə ADA Universitetinin “Team 16” komandası qazanıb.
Qeyd edək ki, yarışmaya bu ilin yanvar ayında start verilib. Ümumilikdə 91 komanda iştirak üçün müraciət edib, onlardan 26 komanda ilkin mərhələləri keçərək Biznes Akademiyası və ABCC sessiyalarına qatılıb. Yarımfinala vəsiqə qazanan 16 komanda arasından yalnız 4 komanda final mərhələsinə yüksəlib.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi,119 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Paylaş
Bənzər xəbərlər

Digər
Birbank QR ödənişləri ilə 30 gün gözləmədən ƏDV-ni dərhal geri alın
Birbank müştərilərinin həyatını asanlaşdıran yeniliklərlə xidmətini genişləndirməyə davam edir. Artıq QR ödənişləri ilə alış-veriş edərkən ƏDV məbləğini 30 gün gözləmədən dərhal geri almaq mümkün olacaq.

Digər
Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
Birbank dünya şöhrətli marketinq mütəxəssisi Filip Kotlerin yeni hazırlanmaqda olan “Müasir Marketinqin Əsasları” (Essentials of Modern Marketing-EOMM) kitabının Azərbaycan nəşrində yer alacaq.

Digər
Kapital Bank-ın dəstəyi ilə “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı başa çatdı
Ötən gün “Təhsil oyunları platforması” layihəsi çərçivəsində şagirdlər arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib. İki mərhələdən ibarət olan çempionatın seçim turu onlayn formatda baş tutub.

Digər
Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
19 mart 2025-ci il tarixində ölkənin birinci bankı Kapital Bank-ın İdarə Heyətinin sədri və Baş İcraçı Direktor Fərid Hüseynov dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Elnur Abdullazadə ilə mentorluq proqramı çərçivəsində görüş keçirib.

Digər
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə Birbank da qoşuldu
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən start verilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə Birbank da qoşulub.
Ən çox oxunanlar

İnsanabənzər robotlar arasında boks döyüşü anons edilib (VİDEO)
