Logo
    main-post-cover

    EA artıq özəl şirkətdir

    Digər
    05.08.2026
    Sevinj
        Electronic Arts rəsmi olaraq özəl şirkətə çevrilib. Şirkət ötən ilin sentyabrında Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondu (PIF), Silver Lake və Affinity Partners-in rəhbərlik etdiyi investor qrupu tərəfindən 55 milyard dollara satın alınacağını açıqlamışdı. İndi isə bu sövdələşmə rəsmən başa çatıb. Məlumata görə, yeni yaradılan şirkətin 93,4 %-i Səudiyyə Ərəbistanının PIF fonduna məxsus olacaq. Satınalma üçün 20 milyard dollarlıq borc maliyyələşməsi cəlb edilib ki, bu da tarixdəki ən böyük leverec (borcla maliyyələşdirilən) satınalma əməliyyatı hesab olunur.
    Electronic Arts headquarters in Redwood City, Calif.
        Ekspertlərin fikrincə, bu qədər böyük borcun geri qaytarılması üçün EA gələcəkdə daha çox gəlir gətirən məşhur oyun seriyalarına üstünlük verə bilər. Şirkətin əsas diqqət mərkəzində Battlefield, EA Sports FC, Madden NFLThe Sims kimi populyar franşizalar olacaq. Bu isə daha kiçik və eksperimental oyun layihələrinin sayının azalmasına səbəb ola bilər.
        EA-nın baş direktoru Andrew Wilson əməkdaşlara ünvanladığı müraciətdə bildirib ki, şirkət üçün yeni mərhələ başlayır və qarşıda böyük imkanlar var. Onun sözlərinə görə, bu imkanlar komandanın yaradıcılığı və ambisiyası sayəsində reallaşacaq.
    Paylaş