Instacart müştərilərə 60 milyon dollar geri ödəyəcək
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, ABŞ Federal Ticarət Komissiyası (FTC) onlayn ərzaq çatdırılması xidməti olan Instacart-ın istehlakçıları çaşdıran üsullardan istifadə etdiyini iddia edərək açdığı məhkəmə işi üzrə şirkətin 60 milyon dollar məbləğində kompensasiya ödəməyə razılaşdığını açıqlayıb.
FTC-nin iddiasına görə, Instacart bir neçə hallarda aldadıcı reklam və qeyri-şəffaf praktikalara yol verib. Bunlara daxildir:
• İlk sifariş üçün “pulsuz çatdırılma” vədi verilməsi, lakin istifadəçilərdən 15 faizə qədər xidmət haqqı tutulması
• “100 % məmnuniyyət zəmanəti” reklamı ilə tam geri ödəniş təəssüratı yaradılması, halbuki bu imkanın təqdim olunmaması
• Instacart+ üzvlüyünün şərtlərinin açıq şəkildə bildirilməməsi, xüsusilə pulsuz sınaq müddəti bitdikdən sonra avtomatik ödənişin həyata keçirilməsi

FTC-nin İstehlakçıların Müdafiəsi Bürosunun direktoru Kristofer Mufarrige bildirib ki, Instacart müştəriləri pulsuz çatdırılma ilə cəlb edib, lakin sonradan ödəniş tələb edib və pulsuz sınaqdan sonra avtomatik abunəlik barədə kifayət qədər məlumat verməyib. O əlavə edib ki, FTC onlayn çatdırılma xidmətlərində qiymət və şərtlərin şəffaf təqdim olunmasına xüsusi nəzarət edir.
Instacart isə öz açıqlamasında qanun pozuntusu iddialarını qəti şəkildə rədd etdiyini bildirib. Şirkət FTC-nin araşdırmasının əsaslarının yanlış olduğunu qeyd edib və hazırda Instacart-a qarşı başqa bir FTC araşdırmasının olmadığını vurğulayıb. Açıqlamada həmçinin şirkətin xidmətlərinin dürüstlük, şəffaflıq və dəyər prinsiplərinə əsaslandığı bildirilib.
Paylaş