Nvidia-dan sərt açıqlama: Enron ilə müqayisələr əsassızdır
Technote.az "The Verge" platformasına istinadən bildirir ki, bir ev heyvanlarının daşınması şirkətinin rəhbəri olduğu iddia edilən şəxsin Substack-də paylaşdığı məqalə sosial şəbəkələrdə sürətlə yayılıb. Məqalədə Nvidia-nın texnologiya tarixində ən böyük mühasibat saxtakarlığına yol vermiş ola biləcəyi iddia edilirdi. Lakin bu iddiaların heç bir əsasının olmadığı vurğulanır.
Bu qalmaqaldan sonra Nvidia analitiklərə xüsusi bir məktub göndərərək Enron-a bənzətmələrin düzgün olmadığını açıqlayıb. Şirkət iddialarda göstərilən bütün məqamları təkzib edib və hətta məşhur investor Michael Burry-nin səhv hesablamalar apardığını bildirib.
Məsələ ondadır ki, artıq bir müddətdir Nvidia-nın “neobulud” adlanan, özünün sərmayə qoyduğu startaplarla əlaqəsi müzakirə olunur. Bu şirkətlər qazanc əldə etməsələr də, Nvidia üçün böyük miqdarda çip sifarişləri yaradırlar. Bəzi analitiklər bunu Enron-un vaxtilə borcu gizlətmək üçün yaratdığı qurumlara bənzədir. Ancaq fərq ondadır ki, Nvidia hər şeyi açıq şəkildə edir və şirkətlərin borcu Nvidia-nın deyil.
Məsələn, Nvidia-nın ciddi şəkildə dəstəklədiyi CoreWeave şirkətinin IPO-sunun baş tutması üçün belə Nvidia tərəfindən investisiya edildiyi deyilir. Hətta CoreWeave rəhbərliyi Nvidia CEO-su Jensen Huang ilə yaxın əlaqələri ilə öyünür. Ekspertlər bildirir ki, Nvidia-nı saxtakarlıqda ittiham etmək əsas məsələdən yayınmaqdır. Çünki ortada qanunsuzluq yoxdur. Problem tamamilə qanuni, lakin “kifayət qədər sağlam olmayan” bir biznes modelinin mövcudluğudur. Nvidia bu model vasitəsilə böyük satışlar edir, rəhbər heyət isə milyonlarla dollar dəyərində səhm sataraq varlanır.
Paylaş