Logo
    main-post-cover

    Xiaomi Life adlı yeni brendini işə salıb

    Digər
    29.03.2024
    Emil
         Xiaomi şirkəti öz ilk elektromobili olan Xiaomi SU7-nin satışlarına start verməklə yanaşı həmçinin tamamilə yeni brendini də işə salıb. Şirkətin yeni brendi Xiaomi Life adlanır. Sözügedən brend periferiya cihazlarının və aksesuarlarının hazırlanması ilə məşğul olacaq. Xiaomi Life brendinin məhsullar kataloqu özündə müxtəlif növ geyimləri, çantaları, dəbli aksesuarları və s. məhsulları birləşdirəcəcək. Bu brend altında bəzi avtomobil aksesuarları da hazırlanacaq və onlar Xiaomi SU7-nin alıcıları üçün nəzərdə tutulacaq. Xiaomi Life brendinin ilk məhsulları qismində ağ və qara rəngli köynəkləri misal gətirmək olar. Onlar 12 avro qiymətində satılır. Bununla yanaşı brendin ilk məhsulları arasında bel çantaları və papaqlar da var. Belə qənaətə gəlmək olar ki, Xiaomi elektromobillərin satışlarından kənara çıxan daha iddialı məqsədlərə sahibdir.
    Paylaş