main-post-cover

    Android 12-ni əldə edəcək Xiaomi smartfonlarının siyahısı ortaya çıxıb

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    05.07.2021
    Emil Nəcəfov
        İnternetdə hansı Xiaomi, Redmi, POCO Black Shark smartfonlarının Android 12-ni əldə edəcəkləri barəsində geniş siyahı ortaya çıxıb. İnsayderlərin verdikləri məlumata əsasən sözügedən siyahı şirkət daxilindəki və rəsmi MIUI forumundakı məlumatlar əsasında formalaşıb. Android 12-ni əldə edəcək smartfonlar siyahısında əsas diqqət Mi seriyasının 2020 və 2021-ci il modellərinə və Redmi Note 9, Note 10, Redmi 10, Redmi K30, Redmi K40 smartfonlarına ayrılıb. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, Android 12 həmçinin Black Shark seriyasının 3-cü və 4-cü nəsilləri və o cümlədən POCO F3 üçün də aktiv olacaq.
        Siyahıdakı smartfonlar əlavə olaraq bir neçə kateqoriyaya ayrılıblar. Android 12-nin beta versiyasında iştirak edən smartfonlar arasında Xiaomi Mi 11, Mi 11 Pro, Mi 11 Ultra, Mi 11i, Mi 11X, POCO F3, Redmi K40, Mi 11X Pro, Redmi K40 Pro, K40 Pro+, Mi 11 Lite 5G, Mi 10S modelləri var. Ayrıca olaraq insayderlər Android 12-nin əldə olunması məsələsində sual altında qalan smartfonların adlarını açıqlayıblar. Bu siyahıya Redmi 9T, 9 Power, Note 9, Redmi 10X 4G, Note 9 4G Mi Note10 Lite daxildirlər.
        Android 12-ni əldə etməyəcək smartfonların siyahısı isə belədir: Xiaomi Mi 9, Mi 9 SE, Mi 9 Lite, Mi 9T, Mi 9T Pro, Mi CC9, CC9 Pro, Mi Note 10, Mi Note 10 Pro, Redmi K20, K20 Pro, Premium, Redmi Note 8, 8T, 8 Pro, Redmi 9, 9A, 9AT, 9i, 9C, Redmi 9 Prime. Qeyd etmək lazımdır ki, bu siyahı qeyri-rəsmi xarakter daşıyır və hələ ki, Xiaomi tərəfindən təsdiqlənməyib. Android 12-nin final versiyasının gələn ay istifadəyə verilməsi güman edilir.
    Linki kopyala