Android 13-də istifadəyə veriləcək 2 yeni funksiya məlum olub

Android 13-də istifadəyə veriləcək 2 yeni funksiya məlum olub

Əməliyyat sistemləri
13.09.2022 PAYLAŞIM

    Avqust ayının sonunda Google şirkəti Pixel smartfonları üçün Android 13 əməliyyat sistemini istifadəyə vermişdi. Yerdə qalan smartfon brendləri üçün isə bu əməliyyat sistemi yaxın zamanda istifadəyə verilməlidir. XDA-Developers saytının mütəxəssisi öz növbəsində Android 13-də istifadəyə veriləcək 2 yeni funksiya barəsində məlumat verib. Məlumata əsasən istifadəyə veriləcək funksiyalardan biri smartfonların batareyaları, digəri isə səsli zənglərin keyfiyyətləri ilə bağlı olacaq.


    Təqdim edilmiş screenshot foto Pixel cihazları üçün bir neçə müddət bundan öncə istifadəyə verilmiş Android 13 QPR1 adlı beta versiyadan əldə edilib. Beləliklə screenshot fotodan da görmək olar ki, yeni əməliyyat sisteminin ayarlarına Battery Health adlı bölmə əlavə olunacaq. Battery Health bölməsi 4 zolaqdan ibarət dairəvi şkalanı özündə birləşdirəcək. Şkalanın aşağı hissəsində isə smartfondakı batareyanın vəziyyəti ilə bağlı məlumat əks olunacaq. Gözləntilərə əsasən Android 13-də olacaq bu cür yeni imkan sayəsində istifadəçilər öz cihazlarındakı batareyaların hansı vəziyyətdə olduqlarını qiymətləndirə və onların əvəz edilməyə ehtiyac duyub-duymadıqlarını zamanında bilə biləcəklər.

    Android 13-də istifadəyə veriləcək daha bir yeni funksiya Clear Calling adını əldə edəcək. Sözügedən funksiya telefon danışıqları zamanı həmsöhbət olan şəxs üçün fon küyünün aşağı salınmasına şərait yaradacaq. Məlumatda qeyd edilib ki, bu özəllik yalnız mobil şəbəkə üzərindən edilmiş zəngləri əhatə edəcək. Bu yeni funksiyaların Android 13 vasitəsilə çalışacaq bütün smartfonlarda olub-olmayacaqları bilinmir. Sözügedən funksiyaların eksklüziv olaraq yalnız Pixel smartfonlarında istifadəyə veriləcəyi də istisna deyil.



DAHA ÇOX


OneUI 6-nın ilk beta versiyası Galaxy S22 smartfonları üçün istifadəyə verilib..

Biraz əvvəl məlum oldu ki, Samsung şirkəti özünün OneUI 6.0 istifadəçi interfeysinin ilk beta versiy..


Galaxy S21 smartfonları üçün OneUI 6-nın ilk beta versiyası istifadəyə verilib..

Samsung şirkəti Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysinin testlərini aparmağa davam edir...


WatchOS 10-un stabil versiyası istifadəyə verilib

Apple daha bir əməliyyat sisteminin stabil versiyasını istifadəyə verib.


iPadOS 17-nin stabil versiyası istifadəyə verilib

iOS 17-nin stabil versiyası ilə yanaşı Apple şirkəti həmçinin iPadOS 17 əməliyyat sisteminin də stab..


iOS 17-nin stabil versiyası istifadəyə verilib

Bir neçə ay ərzində olmuş beta testlərdən sonra Apple şirkəti iOS 17 əməliyyat sisteminin stabil ver..


Google Android-də tətbiqlərin avtomatik arxivləşdirilməsi funksiyasını istifadəy..

Google şirkəti bütün Android istifadəçiləri arasında tətbiqlərin avtomatik şəkildə arxivləşdirilməsi..

×