
Xiaomi şirkəti adətən öz köhnə smartfon modelləri üçün də sistem yenilənmələrini təqdim etməklə məşhurdur. Lakin bu dəfə şirkət hələ aktual olan bəzi smartfonlar üçün Android 13-ü istifadəyə verməyi planlaşdırmır. Beləliklə şirkət 40-a yaxın smartfon modeli üçün Android 13-ü təqdim etməyəcək. Bu smartfonları əhatə edən siyahı internetdə ortaya çıxıb. Qeyd etmək lazımdır ki, ortaya çıxmış siyahı rəsmi deyil və nəticədə siyahıdakı bəzi smartfonlar Android 13-ü əldə edə bilərlər. Lakin bununla belə hələ ki, həmin smartfonlar Adnroid 13-ü əldə etməyəcək modellər arasında qeyd edilib. Siyahıda Xiaomi-dən əlavə olaraq həmçinin Redmi və POCO smartfonları da mövcuddur. Beləliklə siyahı aşağıdakı kimidir:
- Xiaomi: Xiaomi Mi 10, 10 Pro, 10 Ultra, 10T, 10T Pro, 10 Lite, 10 Youth, 10i, 10T Lite, Note 10 Lite
- Redmi: Redmi K30 Pro, Pro Zoom, K30S, K30 Ultra, K30 4G / 5G, K30i, K30 Racing, 10A, 10C, 9, 9 Prime, 9T, 9 Power, Note 9, 9S, 9 Pro, 9 Pro Max, Note 9 4G, 5G, 9T 5G, Pro 5G
- POCO: POCO X3, X3 NFC, X2, M2, M2 Pro, F2 Pro.
Şərh yoxdur