
Apple məcbur şəkildə iOS ekosistemini kənar tətbiq mağazaları üçün aça bilər
Əməliyyat sistemləri
03.11.2022
Emil
Avropanın rəqəmsal bazarlar üzrə qanununun (Digital Markets Act / DMA) keçən ilin yay fəslində qəbul edilməsinə baxmayaraq o, bu ilin 1 noyabr tarxində qüvvəyə mindi. Sözügedən qanunda əks olunmuş təşəbbüslər Apple şirkətinə təsir göstərə və onu iPhone ekosistemini kənar tətbiq mağazaları üçün əlçatan etməyə məcbur edə bilər. DMA həmçinin digər texnoloji nəhənglərə də təsir göstərə bilər. Belə ki, onlar öz platformalarını 2023-cü ildən daha açıq vəziyyətə gətirməli olacaqlar. Avropa Birliyinin bürokratik aparatının veteranı olan Gerard de Graaf sözügedən qanunun qəbul edilməsində iştirak edib və onun sözlərinə əsasən DMA-nın İT bazara təsirləri çox vacib olacaq.
“Əgər sizin iPhone-nunuz varsa siz tətbiqləri təkcə App Store-dan deyil, digər platformalardan da yükləməlisiniz” - deyə Gerard de Graaf qeyd edib. DMA qanunu bazarda üstünlük təşkil edən platformalardan öz ekosistemlərini daha kiçik rəqiblər üçün açmağı tələb və Amazon, Apple, Google kimi şirkətlərə fərdi tətbiqlərə üstünlük verməyi qadağan edir. DMA-nın qüvvəyə minməsinə baxmayaraq texnoloji şirkətlər öz platformalarının ekosistemlərini təcili şəkildə dəyişmək öhdəliyinə sahib deyillər.
Belə ki, Avropa Birliyi hansı şirkətlərin monopolist olduqlarını təyin etməlidir. Daha sonra isə təyin edilmiş şirkətlərə qarşı sərt qaydaları tətbiq etmək olar. Məlumata əsasən monopolist şirkətlər siyahısına çoxlu sayda təmsilçi daxildir və onların adları gələn ilin yaz fəslində açıqlanacaq. Adları açıqlanacaq şirkətlərin yeni tələbləri tətbiq etmək üçün 6 ay vaxta sahib olacaqlar. Gerard de Graaf-ın sözlərinə əsasən texnoloji nəhənglər bu mövzuda məhkəmə iddiaları qaldıracaqlar. Lakin o əlavə edib ki, həmin bizneslər anlamalıdırlar ki, oyunun qaydaları artıq dəyişib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
