
Apple şirkətinin xrOS adlı yeni əməliyyat sistemi barəsində təfərrüatlar məlum olub
Əməliyyat sistemləri
16.05.2023
Emil
Bu ilin əvvəlində məlumat ortaya çıxmışdı kl, Apple şirkəti xrOS adlı əmtəə nişanını qeydiyyatdan keçirdib. İndi isə məlum olub ki, şirkət xrOS-in adının yazı üslubunu da qeydiyyatdan keçirdib. Qeyd etmək lazımdır ki, xrOS şirkətin ilk qarışıq reallıq (AR + VR /Mixed Reality) cihazı üçün nəzərdə tutulmuş yeni əməliyyat sisteminin adı olacaq. Daha öncə şirkət əməliyyat sistemini realityOS adlandırmağı planlaşdırırdı. Lakin nəticədə şirkət öz seçimini xrOS-də saxladı.

Sözügedən əməliyyat sisteminin adının orijinal yazı üslubu Yeni Zelandiyanın intellektual mülkiyyət üzrə agentliyində qeydiyyatdan keçirilib. Əmtəə nişanından fərqli olaraq əməliyyat sisteminin adının yazı üsulubu özündə brendin marketinq tərzini əks etdirir. Əməliyyat sisteminin adında olan şrift həmçinin Apple şirkətinin digər məhsullarının adlarında da istifadə edilir. Yeni əməliyyat sisteminin adı şirkətin iOS, iPadOS, macOS, watchOS və tvOS kimi digər əməliyyat sistemlərinin adları ilə yaxşı uyğunlaşır. Addakı “xr” hissəsi çox güman ki, "extended reality”-nin qısaldılmış versiyasıdır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
