main-post-cover

    Chrome brauzerinin desktop versiyası Android-in faydalı funksiyasını əldə edib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    26.02.2021
    Farid Pardashunas
        Anonsdan yarım il keçəndən sonra Chrome brauzerinin desktop versiyası faydalı funksiyanı əldə edib. Sözügedən funksiya Android-də hələ 2019-cu ildə işə salınmışdı. Söhbət Live Caption adlı funksiyadan gedir. Bu, multimedia kontentinin işə salınması zamanı səs qəbulu və keyfiyyət ilə bağlı yaranan problemləri aradan qaldırmaq üçün nəzərdə tutulmuş alətdir. Live Caption funksiyası istənilən mənbədən olan səsli kontenti altyazı formatına keçirdə bilir. Bu funksiya səs-küylü mühitdə, istifadəçinin yanında qulaqlıq olmadığı vaxtda və ya eşitmə qabiliyyətinin zəif olduğu halda videoların izlənməsi prosesini sadələşdirir.
        Sözügedən yeni funsiyadan Chrome 88-in stabil versiyasının istifadəçiləri artıq istifadə edə bilərlər. Funksiyanı aktivləşdirəcək düyməni işə salmaq üçün brauzerin URL ünvan hissəsində chrome://flags/#enable-accessibility-live-caption əmrini işə salmaq lazımdır. Daha sonra Chrome-un yenidən işə salınması zamanı onun yuxarı sağ küncündə Live Caption ikonu ortaya çıxacaq. Məlumata əsasən funksiya hələki Youtube platformasını dəstəkləmir və digər mənbələrdə qeyri stabil çalışır. Gözləntilərə əsasən bu kimi problemlər Chrome-un növbəti versiyalarında aradan qaldırılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər