
Copilot adlı süni zəka köməkçisi Windows 10-da istifadəyə veriləcək
Əməliyyat sistemləri
17.11.2023
Emil
Microsoft şirkəti bir neçə müddət bundan öncə süni zəka əsaslı Copilot köməkçisini Windows 11-də istifadəyə verdi. Daha sonra məlumat ortaya çıxdı ki, şirkət Copilot-u həmçinin Windows 10-da istifadəyə verməyi planlaşdırır. İndi isə bu məlumat rəsmi şəkildə təsdiqlənib. Belə ki, şirkət Copilot-u artıq Windows 10-da test etməyə başlayıb. Çat-bot Windows 10 22H2-nin ilkin versiyasında artıq aktivdir. Windows 10 istifadəçiləri öz suallarını Copilot-a mətn və ya səsli əmrlər şəklində verə bilərlər. Çat-botun funksionallığı Windows 11-dəki versiyadan fərqli olaraq bir qədər sadələşdiriləcək.
Məsələn Windows 10-da çat-bot sistem ayarlarını və tətbiqləri idarə edə bilməyəcək. Lakin bununla belə çat-botun funksionallığı tədricən genişlənəcək. Microsoft-un Copilot-u Windows 10-a əlavə etməsində əsas səbəb böyük ehtimal ilə bu əməliyyat sisteminin istifadəçilər arasında məşhur olması ilə bağlıdır. Şirkət ümid edir ki, bunun sayəsində çat-botun istifadəçi kütləsini artırmaq mümkün olacaq. Hal hazırda Windows 10 çərçivəsində Copilot Şimali Amerika, Cənubi Amerika və Asiyadakı istifadəçilər üçün aktivdir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
