
Dözümlü gövdəyə sahib Galaxy Xcover 5 smartfonu üçün Android 13-ün stabil versiyası istifadəyə verilib
Əməliyyat sistemləri
02.12.2022
Samsung şirkəti dözümlü gövdəyə sahib Galaxy Xcover 5 üçün Android 13-ün stabil versiyasını istifadəyə verib. Məlumata əsasən əməliyyat sistemi yenilənməsi bu smartfonun bəzi Avropa ölkələrinin istifadəçiləri üçün təqdim edilib. Çox güman ki, yaxın zamanda əməliyyat sisteminin stabil versiyası Galaxy Xcover 5-in bütün ölkələrdəki istifadəçiləri üçün də istifadəyə veriləcək. Qeyd etmək lazımdır ki, Android 13 ilə yanaşı Galaxy Xcover 5 smartfonu həmçinin yeni OneUI 5.0 interfeysini və Google şirkətinin noyabr ayı üçün nəzərdə tutulmuş təhlükəsizlik yenilənməsini əldə edib.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...