Logo
    main-post-cover

    Google tərtibatçılar üçün Android 14 Developer Preview 2-ni təqdim edib

    Əməliyyat sistemləri
    09.03.2023
    Emil
        Google şirkəti Android 14-ün tərtibatçılar üçün nəzərdə tutulmuş betasının ikinci versiyasını təqdim edib. Söhbət, Android 14 Developer Preview 2-dən gedir. Yeni beta versiyada Google əsas diqqətini məlumatların konfidensiallıqlarına və əməliyyat sisteminin performansına ayırıb. Beləliklə Android 14 Developer Preview 2-yə əlavə edilmiş yeniliklərdən biri də screenshot fotoların çəkilmə hallarının təyinidir. Bunun vasitəsilə tərtibatçılar ekran fotolarından istifadə edərək konfidensial məlumatları oğurlayan hackerlərlə mübarizə apara biləcəklər.
        Başqa sözlə desək, müəyyən tətbiqlərdə ekran fotosunun çəkilməsi funksiyasının deaktiv edilməsi öz növbəsində özəl çatları və ya bank tətbiqlərini izləməklə konfidensial məlumatları oğurlamaq imkanını aradan qaldıracaq. Bundan əlavə olaraq Android 14 Developer Preview 2-yə əlavə edilmiş daha bir yenilik tətbiqlərin Gallery-dəki fotolara keçid etmələrini məhdudlaşdıran funksiyanın əlavə edilməsidir. Bu funksiya istifadəçilərə şəxsi fotoların təhlükəsiz vəziyyətdə qalmalarına yardımçı olacaq. Digər dəyişikliklər əməliyyat sisteminin performans göstəricilərinin yaxşılaşdırılmasına yönəlib. Bu, əməliyyat sisteminin fon rejiində istifadə etdiyi sistem resurslarının məhdudlaşdırılması hesabına reallaşır.
    Paylaş
    Bənzər xəbərlər