Huawei HarmonyOS 2 əməliyyat sistemi təqdim olunub

Huawei HarmonyOS 2 əməliyyat sistemi təqdim olunub

Əməliyyat sistemləri
02.06.2021 PAYLAŞIM

    Huawei şirkəti xüsusi təqdimat tədbiri çərçivəsində HarmonyOS 2 əməliyyat sistemini təqdim edib. Sözügedən əməliyyat sistemi artıq smartfonlar, planşetlər, smart saatlar və s. cihazlar üçün aktivdir. HarmonyOS müxtəlif növ cihazları bir ekosistemdə birləşdirməyə imkan verir. Beləliklə istifadəçi bir ekosistem daxilində müxtəlif cihazlardan maksimum yararlana bilir. HarmonyOS 2-də reallaşdırılmış yeni idarəetmə paneli digər cihazların sadə və intuitiv birləşdirilməsini dəstəkləyir. Bu proses cihazları əks etdirən ikonların yerdəyişməsi və inteqrasiyası vasitəsilə reallaşdırılır.


    Məsələn əgər istifadəçi film izləmək istəyirsə, o, idaerəetmə panelinə daxil olub televizor ikonunu telefon ikonuna tərəf sürüşdürməlidir. Bu halda smartfonda izlənilən film televizorda əks olunacaq. Eyni üsul ilə səsi naqilsiz qulaqlıqlara keçirtmək olar. Bu halda səs televizordan yox məhz qulaqlıqlardan gələcək. Bundan əlavə olaraq əməliyyat sisteminin yeni idarəetmə mərkəzi tətbiqləri müxtəlif cihazlarda istifadə etmək imkanını verir. Bu halda tətbiqləri hər bir cihaza quraşdırmağa ehtiyac qalmayacaq. Beləliklə istənilən funksiya və xidmət istənilən zaman istənilən yerdə aktiv olacaq.

    HarmonyOS 2-də ana ekran yenidən emal edilib. Məsələn ekranda tətbiqlər üzərindən yuxarı istiqamətə swype edərək xidməti vidjetləri yaratmaq olar. Beləliklə tətbiqlərə daxil olmadan həmin vidjetlərdə real zaman ərzində təqdim olunan məlumatları və xidmətləri izləmək mümkün olacaq. Huawei HiLink platformasının adı dəyişdirilib və o artıq HarmonyOS Connect adlanır. Bu platforma kənar istehsalçıların cihazlarını daha çox intellektual funksiyalar ilə təmin etməyə yardımçı olur. Bundan sonra smart ev ekosisteminə daxil olan cihazları bir toxunuşla smartfona inteqrasiya etmək mümkün olacaq.

    Məsələn smartfonu Midea şirkətinin istehsalı olan və HarmonyOS Connect platformasını dəstəkləyən sobaya toxundurmaq kifayət edir ki, lazımi resepti seçib yeməyi bişirməyə başlamaq olsun. Huawei bildirib ki, HarmonyOS əməliyyat sistemi EMUI istifadəçi interfeysinin son versiyasından daha axıcı çalışır. HarmonyOS 2-də işə salınmış tətbiqlər fon rejimində çalışmağa davam edirlər. Buna görə də istifadəçi həmin tətbiqlərdə görmüş olduğu işə qaldığı yerdən davam edə bilər. Bundan əlavə olaraq HarmonyOS-ə sahib cihazların batareyaları daha uzun müddət çalışırlar. Verilmiş məlumata əsasən Huawei şirkətinin 100-ə yaxın cihazı HarmonyOS yenilənməsini əldə edəcək. Onların arasında həm smartfonlar həm də planşetlər var.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Nvidia şirkəti Windows 7, 8 və 8.1 üçün qrafik drayverlərin dəstəyini dayandıra..

Nvidia şirkəti Windows 7, 8 və 8.1 əməliyyat sistemləri ilə uyğunlaşan son videokart drayverlərinin ..


Microsoft yeni videosunda növbəti Windows-un adına işarə edib (VİDEO)

24 iyun tarixində baş tutacaq yeni Windows versiyasının təqdimatına az müddət qalmış Microsoft şirkə..


İnsayderlər: Windows 11 Android tətbiqləri işə sala biləcək

24 iyun tarixində Microsoft şirkəti Windows ilə bağlı böyük təqdimat tədbiri keçirdəcək...


Apple şirkəti iOS 15-ə keçid etmək istəməyən istifadəçiləri dəstəkləməyə davam e..

Yenicə təqdim olunmuş iOS 15-in stabil versiyası hələ payız fəslində istifadəyə veriləcək...


iOS 15 və macOS Monterey-i əldə edəcək cihazların rəsmi siyahısı təqdim olunub..

Apple şirkəti dünən tərtibatçılar üçün nəzərdə tutulmuş WWDC 2021 konfransına start vermişdi...


macOS-in Monterey adlı yeni versiyası təqdim olunub

Apple şirkəti WWDC 2021 konfransı çərçivəsində iOS 15-dən başqa həmçinin macOS desktop əməliyyat sis..

×