main-post-cover

    Huawei HarmonyOS-in kompüterlər üçün desktop versiyasını hazırlayır

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    04.09.2023
    Farid Pardashunas
        Huawei şirkəti bir neçə il bundan öncə ABŞ-ın sərt sanksiyalarına məruz qalmışdı. Nəticədə şirkət öz mobil cihazlarında Android əməliyyat sisteminin rəsmi şəkildə istifadəsi imkanından məhrum oldu. ABŞ sanksiyalarına cavab olaraq şirkət HarmonyOS əməliyyat sistemini təqdim etdi. Lakin görünür, şirkət bununla yetinmək niyyətində deyil. Belə ki, ortaya çıxmış məlumatlara əsasən Huawei kompüterlərdə Windows ilə Linux-un əvəzlənməsi üçün HarmonyOS-in desktop versiyasını hazırlayacaq.
        Hal hazırda HarmonyOS əsasında təkcə smartfonlar deyil, smart saatlar, planşetlər, televizorlar, routerlər və hətta avtomobillər də çalışırlar. İndi isə şirkət kompüterlərdə Windows ilə Linux-u öz əməliyyat sisteminin desktop versiyası ilə əvəzləməyi planlaşdırır. Bu barədə məlumatı HarmonyOS şöbəsinin rəhbəri Wang Chenglu verib. Qeyd etmək lazımdır ki, şirkətin mçobil cihazlarında istifadə edilən HarmonyOS Android-in təkmilləşdirilmiş versiyasıdır. Heç istisna deyil ki, öz əməliyyat sisteminin desktop versiyasını şirkət Linux əsasında hazırlayacaq. HarmonyOS-in desktop versiyasının gələn il təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər