Huawei öz brauzeri ilə servislərinin desktop versiyaları üzərində çalışır
Proqram Təminatı
Əməliyyat sistemləri
11.01.2021
Farid Pardashunas
Keçən ay Huawei şirkətinin vitse prezidenti HMS-in (Huawei Mobile Services) nailiyyətlərindən danışmışdı. Görünür, şirkət təkcə mobil bazar ilə yetinmək niyyətində deyil. Belə ki, Çinin Weibo sosial şəbəkəsində şirkətin öz proqram təminatını kompüterlər üçün adaptasiya məsələsində nail olduğu uğurlar barədə hesabatı ortaya çıxıb. Bu barədə 4pda saytı xəbər verib. Məlumata əsasən kompüterlər üçün tətbiqlər mağazasının istifadəyə verilməsi ilə birlikdə şirkət həmçinin öz brauzerini və HMS servislərini təqdim edəcək.
Hansı əməliyyat sistemi istifadəçilərinin ilk növbədə HMS servislərini əldə edəcəkləri bilinmir. Gözləntilərə əsasən Huawei AppGallery ilə birlikdə digər servislərin kompüterlərdə istifadəyə verilməsi sayəsində şirkət özü üçün yeni əməliyyat sistemi bazarını mənimsəyəcək. Çox güman ki, şirkətin kompüterlər platformasına inteqrasiya edəcəyi əsas funksiyalar arasında birgə çalışma və ekran təsvirinin yayımı olacaq. Bu funksiyalar bir çox noutbuk istifadəçilərinə yaxşı tanışdı. HMS servislərinin kompüterlər üçün nə zaman istifadəyə veriləcəyi bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək