
Huawei şirkətinin ekosisteminə artıq 6 milyon tərtibatçı qoşulub
Əməliyyat sistemləri
18.11.2022
Emil
Bir neçə gün bundan öncə keçirilmiş Huawei Developer Day 2022 tədbiri çərçivəsində Huawei şirkəti özünün HMS Core (Huawei Mobile Services Core) ekosisteminin nailiyyətləri barəsində məlumat verib. Qeyd etmək lazımdır ki, HMS Core dünyanın ən məşhur mobil platformaları reytinqində ilk üçlüyə daxildir. Beləliklə verilmiş məlumata əsasən il ərzində HMS Core dəstəyini əldə etmiş tətbiqlərin sayı iki dəfə, sözügedən platforma üçün proqram təminatının hazırlanması ilə məşğul olan tərtibatçıların sayı isə iki dəfədən daha çox artıb.
2018-ci ildən başlayaraq HSM Core üçün 25 030 API hazırlanıb. İl ərzində bu ekosistem dəstəyini əldə etmiş tətbiqlərin sayı 134 000-dən 220 000-nə yüksəlib. Keçən il HMS Core üçün tətbiq yaradıcılarının sayı 2.7 milyon tərtibatçı təşkil etmişdi. Bu il isə bu göstərici 6 milyon tərtibatçı təşkil edib. Hal hazırda Huawei tətbiqlərin yaradılması prosesində tərtibatçılara kömək olacaq süni zəka texnologiyasını inkişaf etdirir. Bununla yanaşı Huawei öz smartfonlarının istifadəçilərinə Google Play alternativi olaraq AppGallery mağazasını təklif edir. Sözügedən mağazada artıq 1 milyondan çox mobil tətbiq mövcuddur.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
