İnsayderlər: Yeni Android versiyaları Google Play vasitəsilə yenilənəcəklər
Proqram Təminatı
Əməliyyat sistemləri
26.11.2020
Farid Pardashunas
Hər yeni Andorid versiyasının istifadəyə verilməsindən sonra istifadəçilər aylarla Google-dan sistem yenilənmələrini gözləməli olurlar. Gələn il Android 12-nin istifadəyə verilməsi ilə bu problem həll oluna bilər. Belə ki, Google şirkəti qrafik drayverlərlə birlikdə həmçinin Google Play mağazasına əməliyyat sisteminin digər komponentlərini də əlavə etməyi planlaşdırır. Bunun sayəsində əməliyyat sistemi yenilənmələri istifadəçilərin cihazlarına daha tez bir zamanda yüklənəcəklər. Bu barədə Gizchina saytı xəbər verib.
XDA-Developers saytının istifadəçilərindən biri bildirib ki, Google şirkətinin Project Mainline adlı layihəsinə tətbiqlərin sürətlli işə salınması mühiti əlavə ediləcək. Söhbət, Android Runtime mühitindən gedir. Bunun sayəsində sistem yenilənmələri ilə məşğul olan tərtibatçılar əməliyyat sisteminin vacib elementləri üçün olan yenilənmələri Google Play-ə yerləşdirə biləcəklər. Gələn il Android 12 istifadəyə veriləndən sonra smartfon istehsalçıları bu üsul ilə əməliyyat sisteminin ayrı-ayrı bölmələrini yeniləyə biiləcəklər. Bu halda ağır həcmdə olan sistem yenilənmələrini təqdim etməyə ehtiyac qalmayacaq.
Google şirkətinin bu cür qərarı nəzəri cəhətdən smartfon istehsalçılarına Android yenilənmələrindən geri qalmamaqda yardımçı olmalıdır. Qeyd etmək lazımdır ki, söhbət, əməliyyat sisteminin funksionallığının yaxşılaşdırılmasından deyil, onun qorunması və təhlükəsizlik mexanizmlərindən gedir. Məlumata əsasən Google şirkəti Android-i bir neçə modula bölməyi planlaşdırır və bu halda hər bir modul bir-birindən asılı olmadan yenilənəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)