
iOS 16-nın istifadəyə verilmə tarixi və dəstəkləyəcəyi iPhone modellərinin siyahısı elan edilib
Əməliyyat sistemləri
Proqram Təminatı
08.09.2022
Emil Nəcəfov
İyun ayında keçirilmiş WWDC 2022 konfransı çərçivəsində Apple şirkəti iOS 16-nı təqdim etmişdi. Dünən gecə keçirilmiş iPhone 14 təqdimatı çərçivəsində isə şirkət iOS 16-nın stabil versiyasının nə zaman istifadəyə veriləcəyini və yeni əməliyyat sistemini əldə edəcək smartfonların adlarını açıqlayıb. Beləliklə Apple şirkətinin verdiyi rəsmi məlumata əsasən iOS 16-nın stabil versiyası 12 sentyabr tarixində istifadəyə veriləcək. Həmin tarixdə həmçinin Apple Watch smart saatları üçün watchOS 9 əməliyyat sistemi də istifadəyə veriləcək. iPadOS 16-ya gəldikdə, o, bir qədər sonra istifadəyə veriləcək. Beləliklə iOS 16-nı əldə edəcək iPhone modellərinin siyahısı aşağıdakı kimidir:
- iPhone 13
- iPhone 13 mini
- iPhone 13 Pro
- iPhone 13 Pro Max
- iPhone 12
- iPhone 12 mini
- iPhone 12 Pro
- iPhone 12 Pro Max
- iPhone 11
- iPhone 11 Pro
- Phone 11 Pro Max
- iPhone XS
- iPhone XS Max
- iPhone XR
- iPhone X
- iPhone 8
- iPhone 8 Plus
- iPhone SE (2020)
- iPhone SE (2022).
Linki kopyala
Həftənin xəbərləri

