
İnsayderlər bu il təqdim ediləcək iOS 17 əməliyyat sistemi barəsində bəzi məlumatları təqdim ediblər. Verilmiş məlumatlardan belə qənətə gəlmək olar ki, iOS-in yeni versiyasında bəzi dəyişikliklər olsa da, istifadəçilər innovativ yenilikləri gözləməyə bilərlər. Beləliklə məlumata əsasən Dawn kod adına sahib iOS 17-də istifadəçi interfeysinin ciddi dəyişikliyi baş verməyəcək. Bunun əvəzinə tərtibatçılar yeni əməliyyat sistemində əsas diqqətlərini onun stabilliyinə və enerji effektivliyinə ayıracaqlar.
İnsayderlər bildiriblər ki, iOS 17-də bütün sistem tətbiqləri yenilənəcək. Bununla yanaşı smart ev ekosisteminin idarəsi məsələsində ciddi dəyişikliklər reallaşdırılacaq. Əlavə olaraq iOS-in yeni versiyasında qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazının ayarlanması və idarəsi üçün ayrıca tətbiq mövcud olacaq. iOS 17-nin kodu bu ilki bütün iPhone 15 modellərinin ekranlarında Dynamic Island çıxıntı hissəsinin və USB Type-C girişinin olacağını təsdiqləyib. Böyük ehtimal ilə iOS 17 ənənəyə sadiq qalaraq Apple şirkətinin iyun ayında baş tutacaq WWDC 2023 tədbirində təqdim ediləcək.
Şərh yoxdur