iOS 17-də istifadəyə veriləcək yeni sistem tətbiqlərindən biri barəsində məlumat verilib

iOS 17-də istifadəyə veriləcək yeni sistem tətbiqlərindən biri barəsində məlumat verilib

Əməliyyat sistemləri
26.05.2023 PAYLAŞIM

    Bloomberg saytının insayderi Mark Gurman bildirib ki, Apple şirkəti iOS 17 əməliyyat sisteminə  bir neçə yeni sistem tətbiqini inteqrasiya edəcək. İnsayder hətta istifadəyə veriləcək yeni sistem tətbiqlərindən biri barəsində məlumat da verib. Onun sözlərinə əsasən istifadəyə veriləcək yeni sistem tətbiqlərindən birində istifadəçilər öz fikirlərini qeyd edə biləcəklər. Daha sonra isə süni zəka sistemi qeyd edilmiş fikirləri analiz edərək istifadəçiyə gündəlik fəaliyyət ilə bağlı məsləhətlər verəcək. Məsələn sistem istifadəçiyə edilmiş idman məşqlərinin nəticələrini qeyd etməyi təklif edəcək.

    Bu cür qeydlərin əsasında sistem idman məşqləri ilə bağlı məsləhətlərini təqdim edə biləcək. İstifadəçinin digər insanlarla ünsiyyəti zamanı tətbiq həmin ünsiyyəti təyin edə və mətnli mesajların, telefon zənglərinin və ya digər bildirişlərin istifadəçiyə necə təsir göstərdiyini analiz edəcək. Ümumi olaraq yeni tətbiqin funksionallığı artıq mövcud olan Day One adlı tətbiqin funksionallığına bənzəyəcək. Qeyd etmək lazımdır ki, Day One tətbiqinin tərtibatçıları iOS 17-də olacaq oxşar tətbiq barəsində narahatlıq duyduqlarını söyləyiblər. Qeyd etmək lazımdır ki, iOS 17 5 iyun tarixində start götürəcək WWDC 2023 konfransı çərçivəsində təqdim ediləcək.




DAHA ÇOX


Samsung-un yeni OneUI 6 istifadəçi interfeysi barəsində məlumatlar verilib

Samsung şirkəti Android 14 əsasında hazırlanmış OneUI 6 istifadəçi interfeysinin beta versiyasını is..


Intel prosessorlu köhnə Apple kompüterləri macOS Sonoma-nın bəzi imkanları dəstə..

Apple şirkətinin bütün yeni kompüterləri Apple M seriyasına daxil olan prosessorlar ilə təchiz olunu..


iOS 17 ilə iPadOS 17-ni əldə edəcək cihazların rəsmi siyahısı təqdim edilib..

iOS 17 ilə iPadOS 17-nin təqdimatından sonra Apple şirkəti bu əməliyyat sistemlərini əldə edəcək cih..


Apple watchOS 10 əməliyyat sistemi təqdim edilib

iOS 17 və iPadOS 17 ilə birlikdə Apple şirkəti öz smart saatları üçün nəzərdə tutulmuş watchOS 10-u ..


Apple iPadOS 17 əməliyyat sistemi təqdim edilib

iOS 17 ilə yanaşı Apple şirkəti həmçinin iPadOS 17-ni də təqidm edib.


Apple macOS Sonoma əməliyyat sistemi təqdim edilib

Apple şirkəti WWDC 2023 konfransı çərçivəsində Mac kompüterləri üçün nəzərdə tutulmuş macOS 14 Sonom..

×